Accessibility links

Bu gün ABŞ-da 11 sentyabr terror aksiyalarının 15-ci ildönümüdür.

Amerikalılar 4 təyyarə ilə həyata keçirilən hücumlarda həlak olanların xatirəsini anır.

ABŞ prezidenti Barak Obama 15 ildə çox şeylərin dəyişdiyini bildirirb. O deyib ki, əsas dəyişməyənlərin yadda saxlanmasıdır. " Bu, bizi amerikalı edən hədəflərimizdir, terrorizm bizi heç vaxt məğlub edə bilməyəcək" -deyə prezident bildirib.

2 təyyarə Dünya Ticarət Mərkəzinin 2 binasını, 1-i Pentaqonu, digəri isə Pennsilvaniyanın Şanksvill sahəsini hədəf almışdı.

Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə qarşı terror hadisəsində həlak olanların xatirəsi onların adları oxunmaqla anılır.

Pentaqon və Pennsilvaniyada özəl mərasimlər təşkil edilib.

2001-ci il hücumları nəticəsində Pentaqonda 184, Nyu-York, Vaşinqton və Şanksvildə 3000-ə yaxın insan həlak olub.

XS
SM
MD
LG