Accessibility links

Suriya prezidenti "regional və qlobal döyüş" apardığını deyir


Suriya prezidenti Bəşar əl-Əsəd bu gün hökumətinin "regional və qlobal müstəvidə" mübarizə apardığını və onu hakimiyyətdən devirmək istəyən üsyançılar üzərində qələbə çalmaq üçün bir qədər də zaman tələb olunduğunu deyib.

Suriyanın Adduniya televiziya kanalında bu gün yayımlanan müsahibədə cənab Əsəd hazırkı vəziyyətin yaxşılaşmaya doğru inkişaf etdiyini, lakin hələ problemin tam aradan qalxmadığını deyib.

İslamçı terrorçular adlandırdığı üsyançıları məğlub etməyə səsləyən Suriya lideri ordu və təhlükəsizlik qüvvələrini göstərdikləri şücaətlərə görə alqışlayıb. Onun çıxışı üsyançılarla Suriya qüvvələri arasında Suriyanın Kfar Nabl şəhərində yenilənmiş qarşıdurmalarla eyni vaxta təsadüf edib.

Fəalların sözlərinə görə dünən bu ərazidə baş verən qarşıdurmalar zamanı təxminən 13 nəfər həlak olub.

Müşahidəçilər indiyədək Suriyada 20 000 adamın həlak olduğunu deyirlər.
XS
SM
MD
LG