Accessibility links

Pakistanda intiharçı hücumu 70 nəfərin ölümünə, 300-nün yaralanmasına səbəb olub


Pakistan rəsmiləri deyib ki, intiharçının bazar günü axşam şərqi Lahor şəhərində izdihamlı parkda bomba partlayışı törətməsi təxminən 70 nəfərin ölümünə 300 nəfərin yaralanmasına səbəb olub.

Pakistanın Taliban qrupunun sözçüsü Gülşən İqbal parkında törədilmiş hücuma görə məsuliyyəti üzərinə götürüb və bildirib ki, qrup xüsusi olaraq xristianları hədəf alıb. Pakistanın əhalisinin 2 faizdən azı xristiandır.

Biz içəri qaçdıq və parçalanmış bədən üzvlərini gördük. Çox sayda kişi, qadın və uşaq orada yaralı halda uzanmışdı.

Milli Təhülkəsizlik Şurasının sözçüsü Ned Praysın yaydığı bəyanatda deyilir ki, ABŞ Lahorda baş vermis hücumu pisləyir. BMT-nin baş katibi Ban Ki Munun sözçüsü deyib ki, cənab Ban hadisəni törədən terrorçuların dərhal ədalət məhkəməsi qarşısına çıxarılmalı olduğunu bildirib.

Bu arada bazar günü minlərlə pakistanlı İslamabad küçələrində yürüş keçirməklə ötən ay vilayət qubernatorunun qətlində təqsirli bilinərək asılan şəxsin edam edilməsinə etirazlarını bildiriblər.

Nümayişçilər bir neçə maşın, konteyner və İslamabadla qonşu Ravalpindi şəhəri arasında avtobus xidməti göstərən ictimai nəqliyyat terminallarını yandırıblar.

Iğtişaş polisi nümayişçiləri geri oturtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib.

Nümayişçilərin çoxu Puncab qubernatoru Salman Tasiri qətlə yetirən Mumtaz Qadrinin edam edilməsinə etiraz edən İslamçı partiyaların fəalları olub. Salman Tasir İslamda kafirliyə dair qanunda islahatlara çağırdığına görə qətlə yetirilib.

XS
SM
MD
LG