Accessibility links

Fransanın baş naziri ölkəsinin daha artıq terror hücumuna məruz qala biləcəyi barədə xəbərdarlıq verib. Manuel Vallsın xəbərdarlığı Fransa, Tunis və Küveytdə həyata keçirilən terror aksiyalarından sonra səslənib.

Bu gün Fransanın Təhlükəsizlik kabineti növbədənkənar iclas keçirib.

Londonda isə Britaniyanın baş naziri Tunisdə həlak olanların əksəriyyətinin Britaniya vətəndaşı olduğunu xatırladaraq, bu kimi hadisələrə hazırlığın vaciliyini vurğulayıb.

Britaniyanın müdafiə naziri Maykl Follon terror aksiyalarından sonra Birləşmiş Krallığın təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirib. Nazir Tunisə səyahətlə bağlı xəbərdarlığın nəzərdən keçirildiyini deyib.

Tunisin Suz şəhərindəki İmperial Mərhaba mehmanxanası yaxınlığında həyata keçirilən terror aksiyası zamanı 39 adam ölüb.

​Tunisin baş naziri Həbib Essid ilkin istintaqın Seyfəddin Rezqui adlı şəxsin ucqar kənd sakini olduğunu və heç vaxt xaricə səfər etmədiyinin müəyyənləşdirildiyini bəyan edib. Həmin şəxs polis tərəfindən güllələnib.

Hücumun məsuliyyətini islam Dövləti qrupu üzərinə götürüb.

Küveytdə isə Əl-İmam Əl-Sadeq məscidinə qarşı terror aksiyası zamanı ölənlərin dəfn mərasimi keçirilib. Bomba hücumu zamanı 26 adam həlak olub. 227 nəfər isə müxtəlif bədən xəsarəti alıb.

Küveytdə matəm elan edilib.

Fransanın cənub-şərqindəki Lion şəhərinin qaz emalı zavodunda həyata keçirilən hücum zamanı bir nəfər ölüb.

Fransa prezidenti Fransua Olland qaz emalı zavoduna edilən hücum və partlayışı terror hücumu adlandırıb və şünhəlilərdən birinin həbs edildiyini deyib.

Məlumatda zavodun girəcəyindəki darvazada insan başı və üzərində ərəb sözləri yazılmış bayraq olduğu bildirilir.

ABŞ prezidenti Barak Obama terror hücumları qurbanlarının ruhuna dua etdiyini bildirib.

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmiləri hücumların Suriya və İraqdakı ekstremistlər tərəfindən koordinasiyalı şəkildə həyata keçirildiyinin bəlli olmadığını deyib.

XS
SM
MD
LG