Accessibility links

Federal Təhqiqat Bürosunun agentləri Nyu-Yorkda Mərkəzi Bankı partlatmaq cəhdinin üstünü açıb


Rəsmilər Nafisin daim nəzarət altında olduğunu və ictimayyət üçün heç bir zaman hər hansısa təhlükənin olmadığını deyib

ABŞ-ın Federal Təhqiqat Bürosunun agentləri bir nəfər banqladeşlinin planlaşdırdığı ehtimal edilən terror aktının qarşısını alıb.

Onun Nyu-York şəhərində ABŞ-ın Federal Ehtiyat bankının yerləşdiyi binanı partlatmaq istədiyi ehtimal edilir. Polis 21 yaşlı Quazi Məhəmməd Rezavanul Aşan Nafisi, əməliyyat zamanı ona saxta qumbara verdikdən sonra həbs edib.

Federal hökumət rəsmiləri Nyu-York şəhərində mühakimə edilən Nafisin partlayıcı qurğularla dolu avtomobili partlatmaqla intiharçı terror hücumu planlaşdırdığını deyib.

Rəsmilər Nafisin Əl-Qaidəyə rəğbət bəsləsə də, təklikdə fəaliyyət göstərdiyini deyib. Nafisin qonşuları onun həbsini şok kimi qarşılayıblar.

Nyu-York şəhərinin polis rəyisi Ray Kelli müxbirlərə Nafisin yanvar ayında terror aktı törətmək məramı ilə Birləşmiş Ştatlara gəldiyini deyib. O, Nafisin terror aktı törətmək üçün köməkçilər axtardığını da deyib.

Rəsmilər Nafisin daim nəzarət altında olduğunu və ictimayyət üçün hər hansı bir təhlükə törətmədiyini deyib.
XS
SM
MD
LG