Accessibility links

Yəmən rəsmilərinin sözlərinə görə, ölkənin müdafiə nazirini hədəf alan bomba partlayışında təxminən 10 nəfər həlak olub.

Hökumət mənbələri bildirib ki, nazir Məhəmməd Nasir Əhməd bu gün paytaxt Sana şəhərindəki hökumət qərərgahı yaxınlığında baş vermiş hadisədə xəsarət almayıb. Ölənlər arasında nazirini təxminən beş cangüdəni olub.

Hadisənin məsuliyyətini heç kim üzərinə götürməyib.

Hücum rəsmilərin Əl-Qaidənin Yəmən şəbəkəsində ikinci mühüm liderinin ordu əməliyyatı nəticəsində öldürüldüyü xəbərindən bir gün sonraya təsadüf edir.
XS
SM
MD
LG