Accessibility links

Azərbaycanın aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib


Bakı hava limanı

Bakı hava limanı

İstanbul “Atatürk” aeroportunda terror hücumundan sonra Azərbaycanın bütün aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, terminallara giriş zamanı nəzarət tədbirləri gücləndirilib, aeroport ərazisində obyektlər və təyyarələr ciddi şəkildə yoxlanılır.

P.Kəsəmənski, həmçinin qeyd edib ki, Türkiyənin “Atatürk” Hava Limanında baş verən terror səbəbindən İstanbul istiqamətində bilet dəyişimi və gedişlərin təxirə salınması ilə bağlı işlər asanlaşdırılacaq.

İyulun 31-dək bütün qeydiyyat və reys dəyişiklikləri pulsuz həyata keçiriləcək. Bundan başqa heç istifadə edilməmiş biletlərin ödənişsiz geri qaytarılması da mümkün olacaq. Bilet müddətini uzatmaq istəyən sərnişinlər isə hər hansı ödəniş fərqi olmadan biletin keçərliliyini iyulun 31-nə kimi uzada biləcək.

XS
SM
MD
LG