Accessibility links

Asim Mollazadə: Azərbaycan terrordan əziyyət çəkən ölkədir


Asim Mollazadə: Azərbaycan terrordan əziyyət çəkən ölkədir

Asim Mollazadə: Azərbaycan terrordan əziyyət çəkən ölkədir

Ötən il oktyabrın 15-də iki ayrı məhkəmə prosesində 15 nəfər Azərbaycan vətəndaşı Pakistanda və Əfqanıstanda qanunsuz silahlı qruplaşmalarda iştiraka görə 6 aydan 30 ayadək həbs cəzasına məhkum olunub.

Amerika Dövlət Departamentinin dünyada terrorizm haqqında illik hesabatında deyilir ki, Azərbaycan dövləti insanları, pul və materialları Qafqaz regionundan keçirmək istəyən terrorçu təşkilatlara qarşı fəal mübarizə aparır.
Hesabatda bildirilir ki, ölkə səylərini artırıb və terrorçuluğa qarşı mübarizədə müəyyən uğurlar əldə edib.

“Azərbaycan terrorizmin maliyyələşdirilməsi ilə əlaqəsi olan şəxslərin aşkar edilməsini davam etdirir, başqa ölkələrin hüquq-mühafizə orqanları ilə informasiya mübadiləsində iştirak edir, Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinə yardım göstərir”, - deyə sənəddə qeyd olunur.

2007-ci ildə Milli Təhlükəsizlik nazirliyi 15 nəfər Azərbaycan vətəndaşını həbs edib. Onlar İranla əlaqəsi olan “Mahdi Ordusu” ekstremist təşkilatının üzvləri olub. 2009-cu il iyunun 18-də Ağır Cinayət İşləri üzrə Hərbi Məhkəmə leytenant Kamran Əsədovu və onunla əlbir olan 20 nəfəri 2 ildən 15 ilədək həbs cəzasına məhkum edib. Onlar 2007-ci ildə Amerika və Britaniyanın Bakıdakı səfirliklərinə hücum etmək üçün cinayət sövdələşməsində ittiham olunub.

2009-cu il oktyabrın 4-də Bakı məhkəməsi iki nəfər Livan vətəndaşı Məhəmməd Əli Karaki və Əli Hüseyn Nəcməddini 15 il və onlarla əlbir olan dörd azərbaycanlını 2 ildən 14 ilədək azadlıqdan məhrum edib. Məhkəmə müəyyən edib ki, qrup İsrail səfirliyinə hücum planlaşdırırmış. İstintaq göstərib ki Karaki və Hüseyn “Hezbolla” ilə əlaqədə olub.
Ötən il oktyabrın 15-də iki ayrı məhkəmə prosesində 15 nəfər Azərbaycan vətəndaşı Pakistanda və Əfqanıstanda qanunsuz silahlı qruplaşmalarda iştiraka görə 6 aydan 30 ayadək həbs cəzasına məhkum olunub.
2009-cu il noyabrın 4-də Bakı məhkəməsi 26 nəfəri 2 ildən 15 ilədək azadlıqdan məhrum edib. Onların arasında 23 azərbaycanlı, 2 nəfər Türkiyə və bir Rusiya vətəndaşı olub. Sözügedən şəxslər 2008-ci il avqustun 17-də Bakıdakı Əbubəkr məscidinə hücumda ittiham olunub.

Dövlət Departamentinin illik hesabatı Azərbaycanda müsbət qarşılanıb. Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin üzvü, “Demokratik İslahatlar” partiyasının sədri Asim Mollazadə “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Azərbaycan antiterror koalisiyasına qoşulan ilk ölkələrdəndir. “Azərbaycan hava məkanını və hava limanlarını antiterror koalisiyası üçün açıq elan edib. Əfqanıstanda terrorizmin aradan qaldırılmasında iştirak edən koalisiya qüvvələrinin yüklərinin 80 faizə qədəri Azərbaycan ərazisindən daşınır. Azərbaycan Silahlı Qüvvələri də hazırda Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində xidmət edir”.

Cənab Mollazadə Azərbaycanın da terrordan əziyyət çəkən ölkə olduğunu deyib. “Amma öz ərazisində terrorun aradan qaldırılmasında Azərbaycana beynəlxalq dəstək çox zəifdir. Ölkənin 20 faiz ərazisi işğal altındadır. Bu nəzarətsiz ərazidə terrorçular hazırlanır və terrorun maliyyələşdirilməsində iştirak edən narkotik becərilir, narkomarşrutlar keçir. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın nəzarətsiz ərazilərinin işğaldan azad edilməsi ilə bağlı dörd qətnaməsi yerinə yetirilmir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG