Accessibility links

Terrorizmin qarşısının alınmasında əməkdaşlıq (Video)


Bakıda beynəlxalq konfrans açılıb.

Bakıda “Terrorizmin qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq konfrans açılıb. Tədbir Azərbaycan hökuməti, İSESCO və BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən təşkil edilib.

Konfransda 50 ölkədən nazirlər və digər rəsmi şəxslər səviyyəsində nümayəndələr, həmçinin NATO, ATƏT, GUAM, MDB daxil olmaqla, 25 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edirlər.

Prezident İlham Əliyev tədbirin açılışında iştirak edib.

Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov beynəlxalq terrorçu şəbəkənin və “müəyyən dairələr”in Azərbaycanda dini tolerantlıq atmosferini pozmaq cəhdlərindən danışıb.

E. Mahmudov son zamanlar ekstremist qüvvələrin internet və sosial şəbəkələrdən geniş istifadə etməsindən şikayətlənib. Onun sözlərinə görə, qlobal şəbəkədə azərbaycandilli seqmentdə informasiya resursları yaradılır ki, bunlarda da radikal ideologiyanı təbliğ edən materiallar yerləşdirilir. O, İnternetdə partlayıcı maddələrin hazırlanması barədə məlumatların yayılmasından xüsusi narahatlığını bildirib və yeni istiqamətə çevrilmiş kibercinayətkarlıqla mübarizənin vacibliyini qeyd edib.

Nazir bu məsələlərin həlli üçün telekommunikasiya şirkətlərinin dəstəyinin vacibliyini vurğulayıb.

Gürcüstan xarici işlər naziri Maya Pancikidze Cənubi Qafqaz nəqliyyat dəhlizinin tranzit potensialının inkişafını qeyd edib. Gürcüstan bu cür fəaliyyətin qarşısının alınması üçün lazımi tədbirləri həyata keçirir və zənginləşdirilmiş uranın öz ərazisindən keçirilməsinin qarşısını alıb.
XS
SM
MD
LG