Accessibility links

Siqaretlə mübarizənin qərhəmanı - Lüter Terri [Video]


Siqaretlə mübarizənin qəhrəmanı - Lüter Terri
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Siqaretlə mübarizənin qəhrəmanı - Lüter Terri

Əgər dünyanı dəyişə biləcək bir insan olubsa, o da Birləşmiş Ştatların doqquzuncu baş cərrahı olub. Lüter Terrinin 50 il bundan əvvəl yanvar ayında açıqlanan hesabatında ilk dəfə olaraq siqaretin ağ ciyər xərçənginə və ürək xəstəliklərinə səbəb olduğu bildirilmişdi.

Havanın soyuq və yağmurlu günündə Arlinqton Milli Qəbristanlığına toplaşan insanlar ömrünü başqalarının sağlamlığı uğrunda mübarizəyə sərf etmiş insanın xatirəsini anır.
Ordu qəhrəmanı kimi dəfn edilən cərrah Lüter Terrinin siqaretin ağ ciyərdə xərçəngə səbəb olması ilə bağlı hesabatı 1964-cü ildə dərc olundu.

Əlli il bundan əvvəl, tamamilə başqa bir dövr, siqaret və tütün dövrü idi. Statistikaya görə, Amerikada yaşlı əhalinin təxminən yarısı siqaret çəkirdi.
Hazırda həkim kimi fəaliyyət göstərən kontr-admiral Boris Luşnyak doktor Terrinin nailiyyətlərindən danışır. “Əlli il bundan əvvəl, tamamilə başqa bir dövr, siqaret və tütün dövrü idi. Statistikaya görə, Amerikada yaşlı əhalinin təxminən yarısı siqaret çəkirdi.”

Digər yarısı isə, uşaqlar da daxil edilməklə, siqaretin zəhərli tüstüsü ilə nəfəs alırdı. Bu, həyat tərzinin bir hissəsi idi, ta o vaxtadək ki, Doktor Terri alimlərdən ibarət komitənin hesabatını açıqladı.

Hər yerdə, iş yerlərində, restoran və barlarda, təyyarələrdə belə siqaret çəkilməsinə
icazə var idi. “Mövqe yekun idi. Qənaət bu idi ki, tütün istifadəsi ilə ağ ciyər xərçəngi və ürək xəstəliyi arasında birbaşa əlaqə var. ABŞ hökumətini təmsil edən adamın belə bir bəyanatla çıxış etməsi dünyanı lərzəyə saldı.” - deyə, doktor Luşnyak bildirir.

Birləşmiş Ştatlarda qanunlar tədricən dəyişdi. Sonda iş yerlərində və digər ictimai yerlədə siqaret çəkmək üçün xüsusi yerlər ayrıldı. Maarifləndirmə kampaniyaları insanlara tütünün təhlükəsi barədə xəbərdarlıq etməyə başladı. Son 50 ildə həkimlərın tütünün insan sağlamlığına ə dərəcədə təhlükəli olduğu barədə hesabatlar açıqlandı. Onlar hətta siqaret çəkməyənlərin və yalnız onun tüstüsünü udanların belə təhlükə qarşısında olduqlarını deyirdi.

Yadınızda saxlayın, bu təkcə adət deyil, bu asılılıqdır. Ümid edirəm ki, 50 il sonra biz bu mövzuda hesabat açıqlamayacağıq, çünki problem öz həllini tapmış olacaq.
Boris Luşniyak
Doktor Luşnyak bu siyasətin Birləşmiş Ştatlarda siqaret aludəçilərinin sayını 43 faizdən 18 faizə endirdiyini deyir. “Yadınızda saxlayın, bu təkcə adət deyil, bu asılılıqdır. Ümid edirəm ki, 50 il sonra biz bu mövzuda hesabat açıqlamayacağıq, çünki problem öz həllini tapmış olacaq.”

Lakin hələ ki, iş bitməyib. Hər il siqaretin səbəb olduğu xəstəliklərdən yarım milyon amerikalı da daxil edilməklə, ümumən 5 milyon yarım insan ölür.

1964-cü ildən başlayaraq doktor Terri bütün ömrünü siqaret epidemiyasına qarşı mübarizəyə həsr etdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG