Accessibility links

Elm

Tesla Motors şirkəti avtomobil batareyalarını özü istehsal edəcək [Video]


Tesla Motors şirkəti elektriklə işləyən avtomobillərin istehsalına başlayandan iki il sonra ilk nəhəng batareya istehsal edən zavodunu açıb. Nevadanın Reno şəhəri yaxınlığında yerləşən Gigafactory adlanan zavod 2013-cü ildə dünyada istehsal olunan lithium-ion batareyalarından daha çox batareya istehsal edəcək.

Teslanın Gigafactory zavodunun inşasının 14 faizi başa çatıb. Lakin robotlar artıq Tesla elektrik avtomobilləri üçün batareya istehsal edir.

Şirkət hələlik istehsal etdiyi avtomobillərdən qazanç əldə edə bilmir. Çünki bir avtomobilin dəyəri 100 min dollara yaxındır və xərclərin çoxu xaricdən idxal olunan batareyalara sərf olunur .

Beləliklə, xərcləri aşağı salaraq daha çox müştəri cəlb etmək üçün şirkətin rəhbəri Elon Musk Tesla 3 Modelini bu ilin əvvəlində təqdim edib.

Elon Musk: “Bundan sonra avtomobilin qiyməti 35 min dollar təşkil edəcək.”

400 minə yaxın insan 1000 dollar ilkin ödəmə edərək, 2017-ci ildə satışa çıxarılacaq avtomobillər üçün növbəyə dayanıb. Bu sifarişləri yerinə yetirmək altı il yarım vaxt çəkəcək.

Gigafactory zavodu bu vəziyyətdə köməyə gələcək. Teslanın ucuz və etibarlı batareyaya ehtiyacı olacaq.

Zavoda nəhəng adının verilməsinin iki səbəbi var. Obyektin inşası 5 miliyard dollar təşkil edəcək. 2020-ci ildə başa çatdığı zaman zavodda ildə 35 qiqavat-saat həcmində batareya istehsal edilməsi planlaşdırılır. Layihə Yaponiyanın Panasonic şirkəti və digər partnyorlarla birgə həyata keçirilir.

Lakin Muskun daha böyük planları var.

Elon Musk: “Tesla üçün mühim məsələ yeniləşə bilən enerjinin yayılmasını sürətləndirməkdir. Beləliklə biz hədəfimizə çatmaq üçün bir sıra addımlar atacağıq.”

Musk ümid edir ki, 2020-ci ilə qədər Gigafactory zavodu sərnişin avtomobilləri üçün 30 faiz ucuz batareyalar istehsal etməklə yanaşı, həm də elektriklə işləyən yük maşinları və avtobuslar, ev və iş mərkəzləri üçün ehtiyat güc qaynağı rolunu da yerinə yetirəcək.

Zavodun damı günəş batareyaları ilə örtülərək obyekti enerji ilə təmin edəcək.

Zavodun genişləndirilməsinə ehtiyacı yaransa, şirkət Gigafactory zavodunu yanında əlavə 7,5 kvadrat km. sahə alıb.

XS
SM
MD
LG