Accessibility links

Özünü idarə edən avtomobillər nə dərəcə təhlükəsizdir?


Özünü idarə edən avtomobillər nə dərəcə təhlükəsizdir?
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Yaxın günlərdə Tesla elektrik avtomobilinin avtopilot rejimində olarkən qəzaya səbəb olması özünü idarə edən avtomobillərin gündəlik həyata hazır olması ilə bağlı suallar meydana çıxarıb. Ekspertlər deyir ki, qəza hadisəsi özünü idarə edən avtomobillərin inkişafının qarşısını almayacaq. Sadəcə sürücülər yeni texnologiyanın da bəzi məhdudiyyətlərinin olmasını nəzərdə tutmalıdır.

Mayın 7-də Florida ştatının Villiston şəhərində 40 yaşlı sürücü Tesla S Model avtomobilini idarə edərkən yük avtomobili ilə toqquşması nəticəsində həyatını itirib.

Qəza vaxtı avtomobil yüksək sürətlə avtopilot rejimində hərəkət edib.

Özünü idarə edən olaraq tanınan Tesla S Model əslində yarı-avtomatlaşdırılmış avtomobildir. Avtomobilin avtopilot rejimi sürücüdən əllərini sükanda saxlamağı tələb edir. Hazırda qəza hadisəsi təhqiqat mərhələsindədir. Lakin ekspertlər deyir ki, hadisə zamanı sürücü yola diqqət etməyib.

Cim Holder: “Tesla sistemi yük maşının orda olduğunu başa düşməyib. Onlar deyir ki, hava çox aydın olub və yük maşının bir tərəfi ağ rəngdə olub və Tesla şütüməkdə davam edib.”

Ekspertlər deyir ki, istehsalçılar avtomobillərin tam və ya yarı avtomatlaşdırılmış olduğunu sürücülərə düzgün başa salmalıdırlar.

Mari Kumminqs: “Düşünürəm ki, yarı-avtomatlaşdırılmış avtomobil istehsalçıları nəzərə almalıdır ki, insanların diqqəti tez yayıla bilir və əgər avtomobildə magistral yolda hiss etmə məhdudiyyətləri varsa, istehsalçılar bu problemləri düzəltməlidirlər.”

Yarı-avtomatlaşdırılmış avtomobillər maqistralda sabit sürətlə hərəkət edə, digər avtomobillərlə məsafə, tıxaca görə sürətini azalda, artıra və hətta yol xəttini dəyişdirə bilər.

Lakin bəzi ekspertlər deyir ki, tam avtomatlaşdırılmış avtomobillərin yollarda görülməsinə hələ onilliklər var.

Hazırda bəzi böyük şirkətlər tam avtomatlaşdırılmış avtomobillər və ya yük maşınları inkişaf etdirməyə çalışır. Lakin ekspertlər razılaşır ki, onların yola çıxması ictimaiyyətin avtomobilin təhlükəsizliyinə inanmasından aslı olacaq.

XS
SM
MD
LG