Accessibility links

Testosteron kişi orqanizmində ən vacib hormondur [Video]


Testosteron kişi orqanizmində ən vacib hormondur
please wait

No media source currently available

0:00 0:02:12 0:00

İnsan yaşa dolduqca onun sümükləri nazilir, yaddaşı zəifləyir, hormon səviyyəsi aşağı düşür və ürək-damar sistemində problemlər yaranır. Birləşmiş Ştatların Milli Səhiyyə İnstitutları maliyyələşdirdiyi tədqiqatın əsas məqsədi kişilərdə testosteron terapiyası ilə yaşlanmanın təsirlərinin qarşısının alınmasından ibarətdir.

Yaşlı kişilərın orqanizmində testosteron səviyyəsi aşağı düşür. Testosteron kişi orqanizmində sümük və əzələ kütləsi, əzələlərin gücü, seksual fəallıq və qırmizi qandakı hüceyrələrin fəaliyyətində mühüm rol oynayan bir hormondur.

Milli Səhiyyə İnsitutlarında maliyyələşdirilən tədqiqatlar zamanı testosteron gelindən istifadə etməklə, kişilərdə sümük zəifləməsi, anemiya və yaddaş problemlərinin qarşısının alınmasına çalışılır.

“Biz tədqiqatlara üçün testosteron səviyyəsi aşağı olan 65 yaşdan yuxarı kişiləri cəlb etmişik. Biz bir il ərzində onları testosteron, ya da placebo (placebo) yolu ilə müalicə etdik və bu müddətdə biz onların qanı, sümükləri, koronar arteriyanın fəaliyyəti və yaddaşlarını nəzarətdə saxladıq” deyə, Penselvaniya universitetindən doktor Piter Şnayder bildirir.

Doktor Piter Şnayder Birləşmiş Ştatların 12 bölgəsində 800 nəfərə qədər kişi üzərində aparılan tədqiqatın əsas müəllifidir.

Araşdırmaların nəticələri testosteron gelinin anemiya və sümüyün bərkiməsinə yaxşı təsir göstərdiyini, lakin yaddaşa və ürək-damar sisteminə heç bir təsiri olmadığını, əksinə arteriyanın divarında piy təbəqəsinin artdığını göstərib. Piy qatının yaranması isə Birləşmiş Ştatlarda qadın və kişilər arasında ən çox ölümə səbəb olan koronar arteriya xəstəlikləri riskinin ilk işarəsi hesab edilir. Doktor Piter Şnayder: “Növbəti addım testosteronun sümük sınıqları riskini azaltdıığı, ya da ürək tutması və prostat xərçəngi riskini artırıb-artırmadığını müəyyən etmək məqsədilə təxminən 5 min kişinin cəlb olunduğu daha böyük və daha uzun sürən beş il müddətində bir tədqiqat aparmaqdır.”

Testosteron üzərində aparılan araşdırmalar zamanı hələlik bu preparatın prostat xərçəkgi riskini artırıb-artırmadığı müəyyən edilməyib. Tədqiqatın nəticələri Amerika Tibb Assosiasiyasının jurnalında dərc olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG