Accessibility links

Dəmir Ledi - Marqaret Tetçerin həyat yolu


Britaniyanın sabiq baş naziri Marqaret Tetçer 87 yaşında insult səbəbindən dünyasını dəyişib. Xanım Tetçer Britaniyanın üç dönəm, 1979-cu ildən 1990-cı illərədək təməlini qoyduğu Mühafizəkarlar Partiyasının qələbəsinə nail olan yeganə qadın baş naziri idi. Bu, XIX əsrin əvvəllərindən bəri Britaniya tarixində baş nazirin vəzifəsində uzun müddət qalması halıdır.

11 il yülsək vəzifədə çalışan xanım Tetçer dünya liderləri arasında böyük nüfuza malik idi. Tərcümeyi-halında xanım Tetçer baş nazir olduğu vaxt Britaniyada onun sözləri ilə “yumşaq sosializmdən” azad sahibkarlığa keçilməsinə çalışdığını yazır.

Vəzifəsindən getdikdən 5 il sonra televiziyaya verdiyi müsahibə zamanı xanım Tetçer azadlıq və müstəqillik prinsiplərinə inancı ilə Britaniyanı dünyada yüksəkliklərə ucaltdığını deyib. Buna missal olaraq o, 1982-ci ildə Argentina qüvvələrinin işğal etdiyi Britaniyanın Falkland adalarını azad etmək üçün Britaniya ordusunu göndərmək qərarına gəldiyini bildirib.

Xanım Tetçer 1990-cı illərdə İraqın Küveytə hücumunu da qınamışdı. Birləşmiş Ştatlarda səfərdə olarkən xanım Tetçer o vaxtlar prezident olan Corc Buşla eyni mövqedə idi. O, Səddam Hüseyni dayandırmaq üçün hərbi müdaxiləni də istisna etmədi.

Orta sinif ailəsindən olan Marqaret Tetçer kimya və qanunvericilk üzrə təhsil almış, sonradan isə siyasətlə məşğul olmağa başlayıb. 1970-ci illərdə o, Elm və Təhsil üzrə dövlət katibi vəzifəsində çalışıb. Xanım Tetçer Mühafizəkar Partiyanın sıralarında tezliklə yüksəlməyə başlayır və 1975-ci ildə Parlamentdəki müxalifətin lideri olur. 1979-cu ildə isə səsvermə yolu baş nazir vəzifəsinə seçilir.

Tetçerin vəzifəyə gəlməsindən sonrakı dövr mübahisəli dövr olur. O. Həmkarlar İttifaqının qüdrətini sındırır, dövlət xərclərini kəsir, dövlətə məxsus şirkətlərin özəlləşdirilməsi barədə qərar qəbul edir və mərkəzçi Mühafizəkar Partiyasını sağçılıq siyasətinə istiqamətləndirir.

Xanım Tetçer iqtisadi və siyasi yaxınlıq məqsədi daşıyan Avropa Birliyinə düşmən münasibətini heç zaman gizlətmirdi. O, belə bir təşkilatın Britaniyanın suverenliyinə hədə olduğunu deyirdi.

O zaman Avropa Birliyində yeganə qadın lider olan xanım Tetçerin əlində həmişə qara çanta olardı. Onun geyim tərzinin kobud, dilinin isə "çantası kimi kəskin" olduğu deyilərdi.

Bütün tənqidlərə baxmayaraq, Marqaret Tetçer ikinci və üçüncü dönəm seçkilərdə qalib gəlir. Lakin onun siyasi baxışları bir çoxları kimi, öz partiyasının üzvlərinin də qəzəbinə səbəb olur.

1990-cı ildə Tetçer həm baş nazir, həm də partiyasının sədri vəzifələrindən azad edilir. Bundan sonra o, baronessa titulu ilə Lordlar paltasında yer alır. Həyatının son illərini sakitlikdə keçirməkdən imtina edən "Dəmir ledi" mühafizəkar namizədlərin kampaniyalarında yaxından iştirak edir, Mühafizəkarlar Partiyasının gələcək nəslinin inkişafı və dəstəklənməsi səylərini davam etdirir.
XS
SM
MD
LG