Accessibility links

ABŞ-ın Texas ştatında rəsmilər El Salvadora səfər edən hamilə qadının dünyaya gətirdiyi övladının doğumdan bir qədər sonra öldüyü barədə məlumat verib. Körpənin ölümünə Zika virusunun səbəb olduğu bildirilib.

Körpə bir neçə həftə bundan əvvəl Texas ştatının Hyüston şəhərində ölüb. Harris Rayon Səhiyyə Departamentinin rəhbəri Umair Şah deyib ki, körpə Zika infeksiyası ilə əlaqəsi olan maykrosefali xəstəliyi ilə dünyaya gəlib.

Bu, ABŞ-da Zika virusu səbəbilə baş vermis ikinci ölüm halıdır. İlk dəfə iyun ayında Yuta ştatında yaşlı bir kişi Zika virusu səbəbi ilə dünyasını dəyişib. Həmin şəxsin Zika infeksiyası və digər xəstəliklərdən əziyyət çəkdiyi deyilirdi.

Onun xaricə səfər zamanı xəstəliyə yoluxduğuna inanılır. Səhiyyə rəsmiləri onun səfər etdiyi yerin adını açıqlamayıb.

Floridada Qubernator Rik Skott deyib ki, Mayami şəhərində ağcaqanat dişləməsi nəticəsində dörd yeni virusa yoluxma halı qeydə alınıb.

Rik Skott deyib ki, ştat daxilində virusa yoluxma hallarının sayı artıq 21-ə çatıb. O, Floridada səhiyyə böhranı ilə mübarizəyə maliyyə vəsaitinin ayrılması üçün Konqresi yay tətilini dayandırıb, fövqəladə vəziyyət fondunun yaradımasına dair qanunu təsdiq etməyə çağırıb.

XS
SM
MD
LG