Accessibility links

Texasda tibb işçisi ebola virusuna yoluxub


Texas ştatının rəsmiləri keçən həftə ebola nəticəsində ölmüş xəstəyə qulluq edən tibb işçisinin virusa yoluxduğunu bildiriblər. Bu, ABŞ-da ebola xəstəliyinə ilk yoluxma halıdır.

Ştatın səhiyyə şöbəsinin rəsmiləri ilkin ebola virusuna yoluxmanın müsbət nəticəlndiyi ilkin testin keçirilməsindən öncə tibb işçisinin qızdırması olduğunu bildiriblər. Yoluxma halının təsdiq edilməsi üçün daha bir testin keçiriləcəyi deyilir.

Tibb işçisi Birləşmiş Ştatlarda ilk ebola diaqnozu qoyulan Tomas Dunkanın keçən həftə vəfat etdiyi Texas Prebetirian xəstəxanasında işləyir.

Texas rəsmiləri onun Tomas Dunkanla kontaktda olduğu zaman xüsusi geyim geydiyini və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin qaydalarınariayət etdiyini bildirbilər.

XS
SM
MD
LG