Accessibility links

ABŞ-ın Texas ştatının Dallas şəhərində Ebola virusuna daha bir yoluxma halı qeydə alınıb.

Dallas şəhərinin meri Mayk Raulinqs müxbirlərə rəsmilərin xəstəliyə yoluxan ikinci səhiyyə işçisinin qonşularını bununla bağlı məlumatlandırdığını deyib. Tibb işçisinin dünən qızdırması qeydə alındıqdan sonra o, karantinə yerləşdirilib.

Mer Roulinqs tək yaşayan tibb işçisinin evinin dezinfeksiya ediləcəyini deyib.

Adının açıqlanmadığı tibb işçisi Dallasda Texas Presbiterian xəstəxanasında Birləşmiş Ştatlarda Ebola nəticəsində ölən ilk xəstə Tomas Erik Dunkana qulluq edən zaman virusa yoluxub.

Liberiyalı Tomas Dunkanı müalicə edən 26 yaşlı tibb bacısı Nina Pham da virusa yoluxduqdan sonra eyni xəstəxanada müalicə olunur. Xəstəxana tərəfindən açıqladığı bəyanatda tibb bacısı “vəziyyətinin yaxşı olduğunu” və “xoş arzular və dualar üçün” hamıya təşəkkür etdiyini bildirib.

XS
SM
MD
LG