Accessibility links

Texas rəsmiləri mübahisəli intihara dair görüntüləri yayıb [Video]


​​Həbsxananın video görüntülərində kamerada Sandra Blend görünmür, lakin gözətçinin nəyinsə qaydasında olmadığını anladığı aşkardır

Texasda Ualler mahalının şerif idarəsi gənc afro-amerikalı qadının öldüyü kameranın önünü 3 saat qeydə almış video görüntüləri yayıb. 28 yaşlı çikaqolu Sandra Blend iyulun 10-da kiçik yol qaydası pozuntusuna görə polis tərəfindən saxlanılıb və daha sonra polis məmuruna hücum etdiyinə görə həbs olunub. Üç gün sonra o həbsxana kamerasında ölü tapılıb. Tibbi ekspertiza onun özünü asaraq intihar etdiyini bildirib. Lakin Sandranın ailə üzvləri, dostları və vətəndaş haqları müdafiəçiləri bu hadisənin araşdırılmasını istəyirlər və bunun intihar deyil, qətl olduğunu düşünürlər.

Həbsxananın video görüntülərində kamerada Sandra Blend görünmür, lakin gözətçinin nəyinsə qaydasında olmadığını anladığı aşkardır. Daha sonra hadisə yerinə paramediklər gəlib cəsədi kameradan çıxarırlar.

Ualler mahalının şerif idarəsinin kapitanı Brayn Kantrel deyib ki, gözətçilər onu dayanmış vəziyyətdə, boğazında zibil torbasından hazırlanmış kəndirlə tapıblar.

Kapitan Kantrel Sandranın oksigen çatışmazlığından boğulduğunu deyir. Bu isə ayaq üstə dayanmış, oturaq və ya diz üstə çökülmüş vəziyyətdə baş verə bilər.

Ualler mahalının prokuroru Elton Matis deyir ki, Sandra Blendin başına gələnlərlə bağlı son qərar Federal Təhqiqat Bürosu və digər hüquq-mühafizə orqanlarının topladığı dəlillərdən asılı olacaq.

Bu bizim şəhərimiz, xalqımız üçün faciədir.Bu günlərdə bu cür faciələr tez-tez baş verir

Yoldan keçən bir şahidin çəkdiyi video Sandranın həbsi ilə bağlı suallar yaradır. Matis bildirir ki, ştatın yaydığı polis maşını kamerasının çəkdiyi video Sandranı saxlayan polisin səhv hərəkətlərini göstərir. O həmçinin videoda Sandranın “döyüşkən” olduğunun göstərildiyini deyir.

Blend polisin afro-amerikalılara qarşı göstərdikləri zorakılığın açıq şəkildə tənqidçisi olub. Buna görə də çoxları düşünür ki, polisin Blendi saxlamağının da səbəbi elə bu olub.

Qaradərili din xadimləri Ədliyyə Nazirliyinin bu hadisəni araşdırmasına çağırır və Blendin vətəndaş hüquqlarının irqinə görə pozulduğunu iddia edirlər.

Blendin xatirəsini anmaq məqsədilə həbsxana qarşısında şam yandıranların arasında rahibə Hanna Bonner olub. O da Sandra Blend kimi bir fəaldır.

“Bu hadisədən sonra bizim aramızda həmrəylik yaranıb.”

Anım mərasimində iştirak edən Brendi də həbsxanada baş verən bu ölümün arxasında irqçiliyin dayandığını düşünür.

“Bu bizim şəhərimiz, xalqımız üçün faciədir.Bu günlərdə bu cür faciələr tez-tez baş verir.”

Lakin rəsmilər müstəqil istintaqın nəticələri açıqlanana qədər insanların səbirli olmalarına çağırırlar.

XS
SM
MD
LG