Accessibility links

Texasda hərbi bazada atışma olub


Texas rəsmiləri cümə günü San Antonioda yerləşən hərbi bazada iki nəfərin öldürüldüyünü deyir.

“Hazırda bu “qətl-intihar” halı kimi görünür,” deyə Beksar Qraflığının Şerifinin Ofisinin sözçüsü Ceyms Kit bildirib.

Müstəqil xəbər portalı olan Air Force Times, Pentaqonun daxili kommunikasiyalarına istinadən, San Antonio-Lachland birgə bazasının 331-ci K-9 Təlim Eskadronun (Hərbi Aviasiya Bölməsinin) komandirinin aviasiyaçı tərəfindən vurulduğunu bildirir.

Öldürülənlərin kimlikləri dərhal müəyyən edilməyib.

Beksar Qraflığının Şerif Departamenti və San Antonio polisi hərbi bazadakı atışmanın cümə günü saat 9 radələrində baş verdiyini deyir.

San-Antonio Lachland Hərbi Bazası
San-Antonio Lachland Hərbi Bazası

Kitin bildiridiyinə görə, iki cəsəd bazada bir binanın içərisində tapılıb. Lakin şerifin müavinləri və digər hüquq-mühafizə orqanlarının əməkdaşları binanı və yaxınlıqdakı obyektləri axtarmaqda davam edib.

Bu baza ABŞ Hava Qüvvələrinin əsas təlim mərkəzidir. Atışma bazanın itlərə təlimi keçildiyi Medina binasında baş verib.

2009-cu ildə isə San Antonio-Lachland-dən 260 kilometr məsafədə yerləşən Fort Hood hərbi bazasında Mayor Nidal Həsən 13 nəfəri öldürüb, 31 nəfəri yaralamışdı.

Hadisə zamanı mülki polis tərəfindən vurulan Həsən 2013-ci ildə edam cəzasına məhkum olunub.

XS
SM
MD
LG