Accessibility links

Texas hücumunu planlaşdıran şəxs məhkəmə qarşısına çıxarılıb


Texasda Məhəmməd peyğəmbərin karikaturaları müsabiqəsinə hücum planlaşdırmaqda əli olan şəxs federal məhkəmə qarşısına çıxarılıb.

Əbdül Malik Əbdül Kərim ötən həftə Arizona ştatının Feniks şəhərində həbs edilib.

Elton Simpson və Nadir Sufini yanvar ayından bəri evində qonaq edən Kərim onları silahla təmin edib.

Ona qarşı həmin şəxsləri silahla təmin etmək və federal agentlərə qarşı konspirasiya ittihamı irəli sürülüb.

Feniksdə eyni mənzili bölüşən Simpson and Sufi maşınla Texasə gedərək tədbir keçirilən yerə hücum edib. Nəticədə təhlükəsziklik xidmətinin işçisi yaralanıb. Daha sonra onlar polis işçilərinin açdığı atəş nəticəsində həlak olub.

Məhkəmədə ifadə verən Federal Kəşfiyyat Xidmətinin agenti Kərimin İslam Dövləti sıralarına qoşulmaq istədiyini və fevral ayında Arizonada keçirilən Milli Furbol Liqasının çempionat oyunlarına hücum planlaşdırdığını bildirib.

Kərim ittihamları rədd edib.

Hakim onun zəmanətsiz həbsdə saxlanmasına dair hökm çıxarıb.

XS
SM
MD
LG