Accessibility links

Texas ştatının Lon Star kollecinin kompleksində atışma olub. Hadisə zamanı 3 nəfər yaralanıb. Polis hadisə yerində axtarış aparır.

Tələbələr kompleksdən evakuasiya edilib. Bir nəfər təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Onun infarks keçirdiyi bildirilir.

Kollecin sözçüsü CNN xəbər agentliyinə bildirib ki, hazırda vəziyyət nəzarət altındadır. O, atəş açan şəxslərdən birinin polis tərəfindən yaralandıqdan sonra saxlandığını, digərinin isə axtarıldığını deyib.
XS
SM
MD
LG