Accessibility links

Texasda hərbi bazada atışmada ittiham edilən Nidal Həsənin məhkəməsində dinləmələr başlayıb



Texasda 2009-cu ildə Fort Hud hərbi bazasında atışmada ittiham edilmiş ABŞ ordusunun psixiatrının hərbi məhkəməsində dinləmələr başlayıb.

Mayor Nidal Məlik Həsən İraq və Əfqanıstanda xidmətə hazırlaşan bir qrup əsgərə atəş açmaqda ittiham edilir. Hadisə nəticəsində 13 adam ölüb, 30-dan çox adam isə yaralanıb. Atışma zamanı müdaxilə etmiş polisin atəş açması nəticəsində iflic olmuş Nidal Həsən əlil arabasına məhkum olub.

Atəş açdığını etiraf edən Həsən ABŞ əsgərlərinə qarşı mübarizə aparan müsəlman üsyançılarını müdafiə etməyə çalışdığını iddia edib. Lakin hakim onun bu iddianı müdafiə üçün təqdim etmək haqda xahişini rədd edib.

Hakim habelə onun dini etiqadı ilə bağlı bəyanat verməsinə də icazə verməyib.

Həsən saqqal saxlamağın hərbi qaydaların pozulub-pozulmaması kimi bir sıra hüquqi manevrlərə əl arataq, məhkəməni gecikdirməyə nail ola bilib.

Amerikada doğulub valideynləri fələstinli olan Nidal Həsən günahkar tanınsa onun haqqında ölüm hökmü çıxarıla bilər.
XS
SM
MD
LG