Accessibility links

ABŞ-ın Texas ştatında rəqib qanster qruplaşmaları arasında qarşıdurmadan sonra hüquq-mühafizə orqanları hazır vəziyyətə gətirilib.

Dallasdan 150 km cənubda yerləşən Uako rayonunda baş verən hadisə ilə bağlı 192 adam nəzarət altına alınıb.

Qarşıdurma zamanı açılan atəş nəticəsində 9 adam öldürülüb, 18 nəfər yaralanıb.

Yerli polis idarəsinin rəisi bildirib ki, hüquq-mühafizə işçilərinə təhdidlər edilir. Patrik Svanton onların bir hissəsinin başqa yerlərdən şəhərə gəldiyini deyib.

Zorakılıqlar bazar günü ticarət mərkəzindəki restoranda 5 rəqib qruplaşmanın görüşü ilə başlayıb. Onlar odlu silah və bıçaqlardan istifadə edib. Qarşıdurma zamanı restoranda 150-200 adam olub.

Polis rəisi silahlı motosikletçilərin polis tərəfindən güllələnərək öldürüldüyü bildirib. Lakin xəbərlədə 9 nəfərin hamısının polis tərəfindən öldürüldüyünün bəlli olmadığı deyilir.

Polis öldürülənlərin Bandidos və ya Kossaks qanqster qruplaşmalarının üzvü olduğunu deyir.

ABŞ-ın Ədliyyə Nazirliyinin bildirdiyinə görə, 1960-cı illərdə qurulan Bandidos dəstəsi marixuana, kokain, metanfetamin qaçaqmalçılığı ilə tanınır.

Federal Təhqiqiat Bürosu və Alkohol, Tütün, Odlu silah və Partlayıcılar Bürosunun agentləri hadisə ilə bağlı istintaqda ştat təhqiqatçılarına yardım edir.

XS
SM
MD
LG