Accessibility links

ABŞ-da daha bir güllələmə hadisəsi baş verib


Silahlı şəxsin açdiğı atəş nəticəsində biri polis zabiti olmaqla, iki nəfər qətlə yetirilib

ABŞ-ın Texas ştat polisin verdiyi məlumatda bildirilir ki, silahlı şəxs polislər tərəfindən güllələnib öldürməzdən əvvəl Texas A&M Universitetinin yaxınlığında iki nəfəri qətlə yetirib.

Rəsmilər deyir ki, bazar ertəsi günü universitet yaxınlığındakı Kollec stansiyasında silahlı şəxsin açdığı atəş nəticəsində bir polis zabiti və bir nəfər hadısənin şahidi qətlə yetirilib. Məlumatda bildirilir ki, atışma zamanı bir neçə insan yaralanıblar.

Rəsmilərin verdiyi məlumatda silahlı şəxsin polis zabitinə ona evindən köçməsinə dair xəbərdarlıq təqdim etdiyi üçün atəş açdığını bildirilir.

Bu güllələmə hadisəsi son günlərdə Birləşmiş Ştatlarda baş verən iki ağır güllələmə hadisələrindən sonra baş verib. İyul ayının 20-də silahlı şəxsin Koloradoda kino-teatrda açdığı atəş nəticəsində 12 nəfər öldürülüb. İki həftə sonra ağ irqdən olan silahlı şəxs intihar etmədən öncə Viskonsin ştatının Sindh məbədində atəş açaraq altı nəfəri qətə yetirmişdi.
XS
SM
MD
LG