Accessibility links

Texas Universitetində Qüllə atışmasının 50-ci ildönümü anılır [Video]


Birləşmiş Ştatlarda kütləvi atışmalar bu günlər həyatın kədər doğuran tərəflərindən birinə çevrilib. Amma 50 il öncə ABŞ Hərbi Donanmasıının üzvü və eyni zamanda mühəndislik fakültəsinin tələbəsi olan Çarlz Uitmanın Austin şəhərindəki Texas Universitetinin qülləsindən aşağı mərtəbəyə enərək insanlara atəş açdığı zaman bütün ölkə şok içərisində idi. Polis tərəfindən güllələnərək öldürülməzdən öncə Uitman onlarla insanı öldürmüş, 30-dan çox insanı yaralamışdı. İndi universitetin həyətində yerləşən bu qüllənin yanında hadisə zamanı həlak olan insanların xatirəsinə abidə ucaldılıb.

Qoy bu abidə universitetin həyətində qalsın və bizə sevgi dolu bir icma olmaq üçün güclü olduğumuzu xatırlatsın.

Hadisənin anma mərasimi 50 il öncə atışmanın başladığı eyni vaxt keçirilirdi

Qırmızı qranit abidənin üzərində həmin gün və sonrakı günlər aldıqları yaralar nəticəsində ölən 17 nəfərin adı yazılıb.

Bu abidə vasitəsilə həm silahlı atışmadan sağ çıxanlar, həm də ölənlərin ailələri bu qara səhifənin bağlanacağına ümid edirlər.

Çarlz Uitman 1966-cı ildə qüllənin 70 metr hündürlüyündə yerləşən müşahidə meydançasından atəş aşmağa başlamışdı.

Atışma zamanı ilk yaralanan Kler Uilson Ceyms olub. O bu ağır sınaqdan sağ çıxsa da, bətnindəki doğulmamış körpəsini itirib.

“Qoy bu abidə universitetin həyətində qalsın və bizə sevgi dolu bir icma olmaq üçün güclü olduğumuzu xatırlatsın.”

O gün Kleri qorxmadan təhlükəsiz yerə aparan tələbə austinli aktyor Artli Snaf deyir ki, silahlı atışma onlara emosial mənada böyük zərər vurub.

“Nyutaun, Avrora və ya Orlandodakı hadisələrdən sonra oraya psixoterapevt mütəxəssislər gəldi, çünki insanların onlarla danışmağa ehtiyacı var idi. Amma 1966 ildə belə bir şey olmadı,” deyə o bildirir.

O günün digər bir qəhrəmanı da Ramiro Rey Martinez idi. O, polis zabiti Hyuston MakKoy ilə birlikdə müşahidə meydançasına qalxaraq Uitmanı güllələyib öldürmüşdü.

“Mənim silahım boş idi. Ona görə də, mən əlimi arxaya uzadıb ov tüfəngimi götürdüm və Uitmana bir güllə daha atdım, çünki onun əlində hələ də M-1 karabini var idi və o hələ də tərpənirdi. Mən də onun məni güllələməsinin qarşısını almaq üçün ona atəş açdım,” deyə Martinez bildirir.

Silah haqları müdafiəçiləri haqlı olaraq silahları olan mülki vətəndaşların silahlı şəxsi zərəsizləşdirməkdə böyük rol oynadığını qeyd edir, amma o anda qüllənin aşağısında atışmanın davam etməsi Martinez və digər polis zabitlərini riskə atırdı.

Nyutaun, Avrora və ya Orlandodakı hadisələrdən sonra oraya psixoterapevt mütəxəssislər gəldi, çünki insanların onlarla danışmağa ehtiyacı var idi. Amma 1966 ildə belə bir şey olmadı.

Anım günü Texas qanunvericiliyinin silahların universitetə gətirilməsinə icazə verəcək qanunun həyata keçirilməsi gününə təsadüf edirdi. Universtet tələbələri və işçi heyətinin əksəriyyəti bu fikrə qarşı çıxır.

Lakin hər iki tərəf anım mərasimi zamanı siyasəti bir kənara qoydu. Austində yerləşən Texas Universitetinin prezidenti Qreqori Fenves isə həmin gün zorakılıq deyil, qəhrəmanlığı vurğuladı.

Universitetdəki qüllə hələ də təhsil və tərəqqinin simvolu olaraq qalır. Həm atışmadan sağ çıxanlar, həm də hazırda universitetdə oxuyub işləyən insanlar bu binanın yarım əsr öncə ağlı çaşmış bir insanın törətdiyi qətliamla əlaqələndirilməməsinə üstünlük verir.

XS
SM
MD
LG