Accessibility links

Amerikanın mərkəz bölgələrində daşğınlar olub


Texas və Oklahoma ştatlarında 3 nəfərin ölümünə səbəb olan şiddətli külək və yağışlar minlərlə insanı elektriksiz qoyub. Bazar günü verilən məlumata görə, hava şəraiti səbəbindən insanlar evlərinin damından xilas edilib.

Milli Meteorologiya Mərkəzinin məlumatında deyilir ki, keçən gecə 25 mm-lik yağış Oklahoma ştatının cənub, Texasın isə mərkəz bölgəsində çayın daşmasına səbəb olub. Güclü yağışlar Ayovanın mərkəzindən başlayaraq, Texasın cənubunadək daşqınlar əmələ gətirib.

Keçən gecədən bəri Kanzas, Kolorado, Ayova, Missuri, İllinoys, Arkanzas və Luiziana ştatları daxil olmaqla, ölkənin mərkəzi bölgələrində Tornado xəbərdarlığı verilib.

Milli Meteorologiya Mərkəzi bu gün də Texas ştatının mərkəzi bölgələrində güclü yağışlar barədə xəbərdarlıq verib.

Texas ştatının mərkəzi bölgəsindəki Heys qraflığında insanlar damlardan vertolyotlar vasitəsilə xilas edilib. Rəsmilər 400 evdən 1000 nəfərdən çox insanın xilas edildiyini bildirib. Qraflığa daxil olan Vimberli və San-Markus şəhərlərində keçən gecə fövqəladə vəziyyət elan edilib.

Yerli rəsmilər mətbuat konfransı zamanı sellər səbəbindən San-Markus şəhərindəki 6 metrdən çox hündürlüyü olan qalıqların altından şəxsiyyəti məlum olmayan insan cəsədinin tapıldığını, 3 nəfərin isə itkin düşdüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG