Accessibility links

Texas ştatının konqresmeni Mart qırğınları ilə bağlı bəyanat verib


Texas ştatının konqresmeni Mart qırğınları ilə bağlı bəyanat verib
Texas ştatının konqresmeni Mart qırğınları ilə bağlı bəyanat verib

Texas qanunvericisi Con Zervas 31 Mart azərbaycanlıların kütləvi qırğınları ilə bağlı artıq üçüncü dəfədir bəyanatla çıxış edir. Sənəd 2011-ci il martın 31-də kütləvi qırğınların 93-cü ildönümünü münasibətilə açıqlanıb.

Bəyanatda qeyd edilir ki, 1918-ci ilin martında Bakıda və Azərbaycanın bir sıra şəhərlərində qadınlar və uşaqlar da daxil olmaqla 12 mindən çox günahsız insan qətlə yetirilib. Konqresmenin təqdim etdiyi bəyanatda göstərilir ki, Bakı şəhərində amansız qanlı toqquşmalar baş verib, Şamaxı, Quba və Şuşa şəhərlərində də qətllər törədilib. Sənəddə 1918-ci ildə Qafqaz regionunda etnik, dini və siyasi gərginliklərin artdığı, Azərbaycan, erməni və bolşevik qrupları arasında münaqişələrin vətəndaş müharibəsi təhlükəsi yaratdığı və bütün bunların nəticəsi olaraq regionda bir neçə gün zorakı hadisələrin baş verdiyi deyilir. “Bu tarixin qeyd edilməsi müxtəlif etnik, dini və siyasi baxışlara malik insanlar arasında yaranmış münaqişələrin nəticəsində həyatlarını itirmiş insanları düşünmək imkanı verir və bu kimi münaqişələrin qan tökülmədən dialoq və müzakirələr yolu ilə həllinin vacibliyini önə çəkir”-deyə qətnamədə göstərilir.

Texas ştatında 1918-ci ildə Azərbaycanda kütləvi qətllərlə əlaqədar qətnamənin təqdim edilməsi ABŞ-dakı Azərbaycan icmasının səyləri nəticəsində mümkün olmuşdur. Amerikada yaşayan azərbaycanlılar 20 Yanvar, Xocalı, 31 Mart günləri ilə əlaqədar məktub kampaniyası keçirir. Texas qanunvericisi Jon Zarvas məktub kampaniyasının nəticəsi olaraq 2009 və 2010-cu illərdə Xocalı və 2011-ci ildə Qara Yanvara dair qətnamələr hazırlayıb ştatın parlamentinə təqdim etmişdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG