Accessibility links

Hadisə nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb

Polisin verdiyi məlumatda bildirilir ki, ABŞ-ın cənubunda Texas ştatında sərnişinlə dolu yük maşınının yol kənarındakı ağaca dəyməsi nəticəsində 13 nəfər ölüb, 12 nəfər yaralanıb.

Rəsmilər bazar günü San Antonio şəhərindən 130 km cənubda yerləşən Berkler yaxınlığında baş vermiş qəzanı araşdıraraq, hadisə qurbanlarının qeyri-qanuni mühacir olub-olmamasına hələlik aydınlıq gətirmədiklərini bildiriblər.

Araşdırmaya sərhəd patrolu rəsmiləri yardım edirlər.

Aprel ayında Meksika sərhədi yaxınlığında sərhəd patrulunun əməkdaşlarından qaçan mühacirlərlə dolu mikro-avtobusun qəzaya uğraması nəticəsində 17 nəfər sərnişindən 9 nəfəri həlak olmuşdu.
XS
SM
MD
LG