Accessibility links

Elm

Texnologiyanın insan həyatına təsiri [Video]


İnternet nəhəngi Google bildirir ki, onların inkişaf etdirdikləri özünü idarə edən avtomobil istehsalın son mərhələsindədir.

Texnologiya nəhəngi İBM isə Vatson adlanan kompüter icad edib. Belə ki, kompüter nəinki daxil olan məlumatları tətbiq edəcək, həm də onları oyrənəcək.

Pərakəndə satış şirkəti Amazon artıq nəhəng anbarlarını avtomatlaşdırıb və bağlamaları pilotsuz kiçik təyyarələrlə daşımağı planlaşdırır.

Cihazlar hərəkətlərində və düşündüklərində inkişaf etdikçə bu, insanların həyatına necə təsir edəcək?

İkinci Maşın Erası - kitabının müəllifi Andryu Makafi deyir ki, texnologiyada proqres iqtisadiyyatda iki əsas nəticəyə səbəb olacaq.

Birinci: Yeni imkanlar.

"Daha çox seçim, yüksək keyfiyyət, daha çox müxtəliflik, aşağı qiymətlər, nəinki istehlakçı malları üçün, hətta səhiyyə, əyləncə, telekomunikasiya, qida və həyatımızda etmək istədiyimiz bir çox şeylərə şamil etmək olar", deyə Andryu Makafi bildirir.

Makafi qəbul edir ki, digər əsas nəticə daha az müsbət olacaq. Ağıllı cihazlar bir çox işlərdə tədricən insanları əvəzləyəcək və beləliklə az təcrübəli işçilərin yerinə keçəcək.

Andryu Makafi: Texnologiyanın bir qayda olaraq bir çox uğurlu yönləri var. Onlar önə keçərək insanları arxada qoyur. Beləlilə biz gəlir, sərvət və fürsətdə bərabərsizliklə qarşılaşırıq. Bunlar bizim üzləşmək məcburiyyətində qaldığımız çox ciddi problemlərdir.

Makafi deyir ki, bu problemlərin təhdidini hiss edən insanlar yeni texnologiyanın yaratdığı fürsətlərdən yararlanmalıdır. Məsələn keyfiyyətli təhsil əldə etmək və ondan faydalanmaq kimi.

Andryu Makafi: Təhsil resuslarının texnologiya vasitəsi ilə bu günlərdə internetdə məqbul olması fantastikdir. Dünyanın ən yaxşı müəllimləri dərslərini öyrənmək istəyənlərə pulsuz internetdə dərs verir. Bu çox müsbət inkişafdır.

Fərdi təşəbbüsdən başqa, Makafi deyir ki, dövlətlər yeni treyninq proqramları vasitəsilə keçidə yardımçı olmaqla yanaşı sahibkarlığa, yeniliyə və yeni imkanların yaradılmasına hazır olan cəmiyyət yetişdirməlidir.
XS
SM
MD
LG