Accessibility links

Elm

Müasir texnologiyanın insan psixologiyasına təsiri [Video]


Elektronik cihaz sərgilərində ziyarətçilər yeni planşet kompyuter, kamera, 3D ekran televizorların, kiçik robotların ətraflarını sararaq onlardan birini alıb evə götürməyi xəyal edirlər.

İstehlakçılar növbələrdə saatlarla vaxt sərf edir və yüzlərlə dollar xərcləyərək yeni çıxmış ağıllı telefona ilk sahib olanlardan biri olmaq istəyir.

Belə görünür ki, müasir dünya bizi daimi təmasda saxlayan, düşüncələrimizi, özəl günlərimizi qeyd edən və hətta bizimlə ünsiyyət quran cazibədar bahalı cihazlardan təsirlənib.

Bu elə bir təsirdir ki, biz onlarla cihaz kimi deyil, xüsusi münasibət kimi əlaqə qururuq, deyə psixoloq və terapevt Fransini Ledir bildirir.

Fransini Ledir: "Kompyuter, telefonla birtərəfli münasibətə sahib olmaq canlı insanla münasibət qurmaqdan daha asandır. Nəticədə sizə hirslənən şəxs barədə narahat olmanıza, sizə kiminsə acıqlanacağını düşünmənizə ehtiyac qalmır."

Minlərlə feysbuk dostunun olmasına baxmayaraq onları əsl dost kimi qəbul etsək belə həqiqətdə bu belə deyil, deyə Lederer deyir.

Fransini Ledir: "Bu əksər halda daxili hisslərlə bağlıdır. Biz özümüz haqda düşüncələrimiz, özümüzə inam, dəyər və sairə haqda nə hiss edirik?"

Ancaq cihazlar sehrli qüvvəyə malikdir. Onlar bizi sehrbazların sehri kimi özlərinə valeh edir, deyə Cənub Pasifik Universitetinin psixoloq üzrə professoru Robert Epsteyn bildirir.

Robert Epsteyn: "Əgər siz onların bunu necə etdiyini bilmirsizsə, bu valeh edici və maraq oyandırıcıdır. Ancaq bu 10, 20 və ya 100 dəfə təkrarlanarsa bu sıxıcı olmağa başlayır və siz başqa şey istəyirsiz. Buna görədir ki, sehirbazlar eyni nömrəni dəfələrlə təkrarlamır."

Psixologiya Bugün jurnalının sabiq redaktoru Epsteyn deyir ki, o elektronik cihazların müstəqil inkişafından narahatdır.

Robert Epsteyn: "Hazırda biz üzərimizə geyilə biləcək yəni biləyə və ya gözlüyə taxılan texnologiyaların şahidi oluruq. Bununla birlikdə biz real bioloji interfeyslərə doğru sürətlə irəliləyirik, ictimaiyyət bunu bəlkə də hiss edir və ya etmir. Beləliklə bir gün bu cihazlar bizim içimizə hopacaq."

Terapevt Fransin Lederer deyir ki, təhlükə bundadır ki, biz elektronik cihazlara bağlılığımızın artmasını normal qarşılayırıq.

Fransin Lederer: "Düşünürəm ki, cəmiyyətimiz və medya əslində çox vaxt hər hansı bir yolla cihazların və mobil telefonların istifadəsini gedərək normallaşdırır. Ancaq həqiqət budur ki, bu qeyri sağlamdır."

Alimlər təxmin edir ki, bioloji interfeysə sahib cihazlar gələcək 20 il ərzində istifadəyə veriləcək və bu günün cihazlarından daha intellektual və ağıllı olacaq.

XS
SM
MD
LG