Accessibility links

Daimi olaraq mesaj və sosial medianı yoxlamaq stresə yol açır


Amerikalıların 90 faizi deyir ki, onlar email, mesaj və ya sosial media hesablarını “daimi olaraq və ya tez-tez” yoxlayırlar. Amerika Psixoloji Assosiasiyasının (APA) açıqladığı yeni hesabata əsasən bu, onlarda stresin artmasına səbəb olur.

Daimi olaraq telefonlarını yoxladıqlarını deyənlərin ortalama stres dərəcələri email və ya mesajlarını daha az yoxlayanlardan yüksəkdir.

10 ballıq şkaladan istifadə edərək, tədqiqatçılar telefonlarını daha az yoxlayanlarda stres dərəcəsinin 4,4, daim yoxlayanlarda isə 5,5 xal olduğunu bildirib. Bu şkalaya əsasən, 1 “çox az,” 10 isə “son dərəcə çox stress” deməkdir.

İş emailini iş günlərindən kənarda da yoxlayan amerikalıların stress dərəcələri isə 6-dır.

“Son on ildə mobil cihazlar və sosial şəbəkələrin ortaya çıxması ilə amerikalıların gündəlik həyatlarını yaşayıb, ünsiyyət qurmaq yolları tamamilə dəyişib,” deyə APA-nın tədqiqat və siyasət üzrə icraçı direktoru Linn Bufka bildirib.

“Hazırkı dövrdə bütün amerikalı böyüklərin azı bir elektron cihazı var. Bu insanların anlamadığı isə odur ki, texnologiya bizə bir çox baxımdan yardım etsə də, daimi olaraq onlara bağlı qalmaq bu insanların həm fiziki, həm də psixi sağlamlığına mənfi təsir göstətə bilər.”

Araşdırma nəticələri göstətir ki, valideynlər uşaqlarının telefonlarını daimi yoxlamalarının stress dolu təsirlərini aşkar ediblər. Valideynlərin 94 faizi övladlarının elektron cihazlardan istifadəsinə nəzarət etməyə çalışdıqlarını, 58 faizi isə uşaqlarının elektron cihazlarına “yapışdıqlarını” deyir.

Bundan əlavə, valideynlərin 45 faizi deyir ki, texnologoiya övladlarının onlarla ünsiyyət qurmalarına mane olur, 58 faizi isə sosial medianın uşaqlarının fiziki və psixi sağlamlığına təsirindən” narahat olduqlarını deyir.

Bundan əlavə araşdırma nəticələri göstərir ki, telefonlarını daim yoxlayanlar sosial medianın da mənfi təsirlərinə məruz qalır. Bu insanların 42 faizi sosial mediada siyasəti müzakirə etməyin onları daha da stressə saldığını deyir. Telefonlarını daha az yoxlayanlar arasında isə bu rəqəm 33 faizdir.

APA-nın aşkar etdiyi ən əhəmiyyətli araşdırma nəticələrindən biri də odur ki, 65 faiz amerikalılar elektron cihazlardan uzaq durmağın və ya “elektron detoks” tətbiq etməyin psixi sağlamlıq üçün çox mühüm olduğu ilə razılaşır. Onların təkcə 28 faizi texnologiyadan istifadəyə ara verdiklərini deyib.

“Elektron detoks tətbiq etmək texnologiyadan istifadə ilə əlaqəli stresə nəzarət etməyin ən faydalı yollarından biridir,” deyə Bufka bildirib. “Cihazlarını daimi olaraq yoxlayanlar texnologiyadan və sosial mediadan istifadəni məhdudlaşdırmaqdan faydalana bilərlər. Böyüklər, xüsusilə də valideynlər texnologiyadan istifadə məsələsində övladlarına yaxşı nümunə olmağa çalışmalıdırlar,” Bufka deyir.

Sorğu Amerika Psixoloji Assosiasiyası üçün Harris Poll tərəfindən 2016-cı ilin avqustun 5-i ilə 31-i arasında Amerika Birləşmiş Ştatlarda yaşan 3511 18-dan yuxarı insan arasında keçirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG