Accessibility links

Teylor Svifti ölümlə hədələyən şəxs həbs edilib [Fotoqalereya]


Teylor Sviftin Facebook hesabında naməlum şəxs onu öldürəcəyi barədə yazı yazıb. Daha sonra həmən şəxs onun konsertinə gəlib.

Country pop müğənnisi Teylor Svift Pittsburqdakı konsertindən sonra sag salamatdır.

Polis əldə edilən məlumata görə, şübhəli şəxsin müğənninin Facebook hesabında onu öldürəcəyi barədə bir neçə yazı yazdıqdan sonra Teylorun konsertinə gəldiyini deyib. O hətta konsertə “Teylor Svift İblisdir” sözləri yazılmış lövhə də gətirib.

Az sonra o, polis tərəfindən həbs edilir. Sorğu-sual zamanı o, Teylor Sviftin iblis olduğunu, 6000 ilin 6 gün olduğunu və ölümün altıncı gün gəldiyini deyib.

Xoşbəxtlikdən bu qəribə insan həbs edilib və indi onun psixoloji durumu yoxlanılacaq.

Yəqin ki, Facebook hesabındakı yazı aşkar edildikdən sonra polisə xəbər etdikləri üçün Svift özünün təhlükəsizlik qrupuna təşəkkür edib.

Teylor Svift baş verənlərə münasibət bildirməyib.
XS
SM
MD
LG