Accessibility links

Teylor Svift pop janrında musiqi ifa edəcək


Teylor Svift yeni albom çıxaracağı barədə açıqlama verib. Amma bu dəfə ki, albom əvvəlkilərdən fərqli olacaq.

Yeli albom 24 yaşlı müğənninin 5-ci albomudur. Və bu albom 1989 adı ilə çıxacaq. Albomu müğənni doğulduğu ilə həsr edir.

Nyu-Yorkun Empire State binasından çıxış edən Teylor Svift Yahooda canlı efirdən pərəstişkarlarına deyib ki, bu albom onun sənədləşdirilmiş ilk rəsmi pop albomu olacaq.

Ötən albomu sırf kantri musiqilərdən ibarət olan sarışın gözəl pop janrına üz tutub.

Bu albom oktyabr ayınadək işıq üzü görməyəcək. Amma albomu dinləmək istəyən səbrsiz pərəstişkarları Teylorun yeni albomundan ilk mahnı “Shake It Off” sinqlını YouTube-da dinləyə bilər.

XS
SM
MD
LG