Accessibility links

Teylor Svift rəfiqəsindən şikayətlənir


Teylor Svift gözəl və mehriban qızdır xüsisilə rəfiqələri ilə. Amma deyəsən bəzi müğənni rəfiqələri ilə o qədər də yola getmir.

“Shake it Off” mahnısının ifaçısı görünür özü bəstələdiyi mahnıdakı sözlərə əməl edə bilmir. Ona görə ki, müğənni Rolling Stone jurnalına “Bad Blood” mahnısını musiqi sahəsində digər bir məşhurla gerçək həyatda baş vermiş münasibətlərinə həsr edib.

Teylor açıqlamasında bunları deyib. “Dörd il mən başa düşmürdüm biz dostuq, yoxsa yox. O, mükafat mərasimində mənə gəlib elə bir söz deyirdi ki, mən düşünürdüm, görəsən bu mənim dostumdur? Çünki, o mənə çox təhqiramiz söz deyirdi. Və ya elə bir hərəkət edirdi ki, məndə bizim düşmən olduğumuz təsəvvürü yaranırdı.”

Teylor adını açıqlamadığı qadının onun qastrol səfərlərinin birinə mane olmağa çalışdığını deyib. Amma pərəstişkarlarına onu da bildirmək istəyib ki, onlar arasında münaqişə heç bir zaman oğlan üstə olmayıb.

Bəziləri adı çəkilməyən qadının Keyti Perri olduğunu düşünür. Amma Teylor onun adını çox güman ki, heç zaman açıqlamayacaq.

XS
SM
MD
LG