Accessibility links

Teylor Svift heç kimlə görüşməməsinin səbəbini açıqlayıb


Teylor Svift Glamour jurnalına müsahibəsində uzun zaman heç kimlə görüşməməsinin səbəbini açıqlayıb.

“Shake It Off” mahnısının ifaçısı etiraf edib ki, onun şəxsi həyatı xoşagəlməz söz-söhbətə səbəb olduğundan heç kimlə görüşmür.

25 yaşlı ulduz gülüş ustaları onun keçmişdəki şəxsi münasibətlərinə dair zarafat etdikdən sonra kiminləsə görüşməsindən utandığını və tənhalıqda daha rahat olduğunu bildirib.

Buna baxmayaraq o, indi deyilənə görə Skotland DJ Kelvin Harrislə görüşür. Lakin bu Harry Staylsla 2013-cü ildə qısa, amma çox ictimai münasibətlərindən sonra onun ilk münasibətidir.

O zaman məhz Harri ilə görüşməsi söz-söhbətin yaranmasına səbəb olmuşdur. Kelvinlə də dil tapa bilməsə ən azından bilirik ki, Teylor ayrılıq münasibəti ilə yeni və daha da gözəl mahnılar yaradacaq.

XS
SM
MD
LG