Accessibility links

Teylor Svift münsiflər məhkəməsinin üzvü qismində iştirak edib


Teylor Svift dünyanın ən məşhur pop ifaçısı olmasına baxmayaraq hər kəs kimi o da sadə vətəndaş borcunu yerinə yetirməlidir.

Amerikada yaşayan hər bir vətəndaş kimi Teylor Svift məhkəmədə münsiflər məhkəməsinin üzvü qismində iştirak etmək barədə məktub alıb. Və müğənni vətəndaş borcunu yerinə yetirmək üçün məhkəməyə gəlib.

Deyilənə görə, məhkəmə Tennessi ştatının Naşvil şəhərinin məhkəməsinə gəlib və bununla münsiflər məhkəməsinin digər üzvlərinə sürpriz edib.

Bir nəfər tviter hesabında “mənim anam təsadüfən münsiflər məhkəməsində Teylor Sviftlə bərabər iştirak edib.” Təsəvvür etmək olar hər kəs bundan nə qədər təəccüblənib. Deyilənə görə müğənni hər kəslə gözəl münasibət qurub və hətta bəziləri üçün avtoqraf imzalayıb.

Teylor məhkəmədə məşğul olduğu zaman o, MTV və VMA kanallarında müsahibədə iştirak edə bilməyib. Amma People jurnalı yazır ki, Teylor onsuz da VMA kanalı ilə görüşməyi planlaşdırmamışdı.

XS
SM
MD
LG