Accessibility links

Elm

Mühərriksiz təyyarə [Video]


Planeri yüngül, mühərriksiz təyyarə başqa bir təyyarə vasitəsilə müəyyən yüksəkliyə qaldırılır. Həmin yerdən mühərriksiz təyyarə həmçinin dağ dalğası adlanan təbii havanın gücü ilə səmada uçur. Buna görə də təyyarənin qanadı adi təyyarənin qanadından uzundur.

Normal hava şəraitində təcrübəli pilot ən yüksək hündürlüyə qalxa və havada uzun müddət qala bilər.

İlk uçuşunda Airbus Perlan-2 təyyarəsi sadəcə 1.5 km yüksəkliyə qalxa bilib. Lakin gələn il onlar daha hündür - 27km yüksəkliyə qalxmağı planlaşdırırlar. Bu U2 və SR71 kəşfiyyat təyyarələrinin rekordundan daha yüksəkdir.

Cim Payne: "Biz dağ dalğalarının həmin yüksəkliyə qədər çıxacağından min faiz əmin deyilik. Lakin meteoroloqlar deyir ki, bu, baş verir. Beləliklə biz sınayacağıq və görəcəyik."

Hədəf sürətlə əsən küləyin 10 və 50 km arasında Yer Kürəsinin iqliminə necə təsir göstərdiyini araşdırmaqdır.

Ed Varnok: "Aydin olur ki, dünyada ən nəhəng dalğa – vertikal hərəkətlər - stratosferdə mövcuddur. Biz bu dalğaları araşdıracağıq. Bu dalğalar havanı dəyişdirir və bu da iqlimə təsir göstərir. Biz bunun necə baş verdiyini öyrənəcəyik."

Stratosferik küləklər həmçinin sərnişin hava nəqliyyatına təsir göstərə bilər. Təyyarələr daha çox yüksəkdə uçaraq yanacaqdan istifadəni azalda bilər. Həmin yüksəklikdə hava sıxlığı Marsın atmosferinə bənzəyir. Bu üzdən Perlan lahiyəsi həmçinin Qırmızı Planetə uçmaq üçün fəza gəmisinin dizaynında istifadə edilə bilər.

XS
SM
MD
LG