Accessibility links

İki ABŞ döyüş təyyarəsi Fransa Hava Yollarına məxsus təyyarənin təhlükəsiz eniş həyata keçirməsi üçün onu müşayiət edib. Hadisə bu gün təyyarədə kimyəvi silahların olmasına dair xəbərdarlıq daxil olandan sonra baş verib.

Anonim daxil olan təhdid ordunun F-15 təyyarələrinin havaya qaldırmasına səbəb olub. Daha sonra hədənin düzgün olmadığı və Parisdən gələn təyyarənin Nyu-Yorkun Kennedi Hava Limanına təhlükəsiz şəkildə endiyi bildirilib.

Fransa Hava Yolları sərnişinlərin təhlükəsiz şəkildə boşaldıldığını bildirib.

Yayılan xəbərlərə görə, Amerika Hava Yollarının 131 nömrəli reysində də təhlükəli maddələrlə bağlı məlumat daxil olsa da, daha sonra onun da etibarlı məlumat olmadığı müəyyən edilib. Təyyarə İngiltərənin Birminqam şəhərindən JFK hava limanına gəlirdi.

XS
SM
MD
LG