Accessibility links

“British Airways” şirkətinin təyyarəsi Bakıda məcburi eniş edib


Təyyarə (Foto AZAL-ın rəsmi saytından götürülüb)
Təyyarə (Foto AZAL-ın rəsmi saytından götürülüb)

“British Airways” şirkətinin Bakıdan Londona uçan təyyarəsi Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Bu barədə AZƏRTAC agentliyi məlumat yayəb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin köməkçisi Məhərrəm Səfərli bildirib ki, aprelin 10-da Bakıdan Londona uçan “British Airways” şirkətinə məxsus “Aerobus-321” tipli təyyarəyerli vaxtla 21.19-da havaya qalxıb. Uçuşdan 11 dəqiqə sonra gəmi kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun dispetçer xidməti ilə əlaqə saxlayaraq təyyarənin iki mühərrikindən birində yanğın baş verdiyini bildirib və Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edəcəyi barədə xəbər verib.

Hava limanının bütün qəza xilasetmə xidmətləri təyyarəni qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Saat 21.46-da “Aerobus-321” hava gəmisi aeroportda uğurlu eniş edib. Təyyarənin göyərtəsində olan 92 sərnişin və heyət üzvlərindən heç kəs xəsarət almayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG