Accessibility links

Elm

Təkmilləşdirilmiş yeni təyyarələr [Video]


Təyyarələrin içərisi son yarım əsrdə xeyli dəyişib. Y hərfinə bənzər sükanlar kompyuter oyunları üçün dizayn edilmiş coystiklərlə əvəz olunub. Analoqla işləyən instrumentlər yerlərini sensorlu ekranlara verib.

Honeyvvell Aerospace şirkətinin vitse-prezidenti Ken Snodqras deyir ki, onun şirkəti təkmilləşdirilmiş pilot kabinəsini kiçik sərnişin təyyarələrində sınaqdan keçirir.

Ken Snodqras: "Burada dörd böyük ekran var. Siz hər şeyin vizual olaraq qurulduğunu görəcəksiz. Bunda köhnə kabinələrdə olduğu kimi saysız-hesabsız düymələr yoxdur. Hər şey mobil telefon və ya tabletdən istifadəyə bənzəyir."

Sadələşdirilmiş informasiya pilotun gözünün qabağına vizual olaraq gətirilir. Bu pilota hər hansı hadisəyə tez reaksiya və düzgün qərar verməyə imkan yaradır, deyə Thales Avionics şirkətinin marketinq üzrə direktoru Riçard Perrot bildirir.

Riçard Perrot: "Sistem bizim 20 illik təcrübəmizə əsaslanır. Hərbi sahələrdə olduğu kimi kaskaya yerləşdirilmiş görüntü sisteminə bənzəyir. İlk dəfə olaraq biz bunu sərnişin təyyarələrində istifadə etməyə başlayacağıq."

Şirkətin baş mühəndisi Silveyn Mus deyir ki, buna bənzər dəyişiklər hava nəqliyyatına nəzarət mərkəzlərində də baş verəcək.

Silveyn Mus: "Biz nə klavyaturadan, nə də mausdan istifadə edirik. Nəzarətçi sistemlə gözlə nəzarət sistemi və sensorlu ekran vasitəsilə əlaqə qurur."

İstehsalçılar sərnişinləri də unutmayıblar. Oturacaqların arxasında olan video ekranlarda sərnişinlərə daha çox əyləncə və canlı bağlantı xidmətləri təklif olunacaq.

Panasonic Avionics şirkətinin baş meneceri Mathias Valter deyir ki, hədəf sərnişinlərə özlərini evlərində olduğu kimi hiss etdirməkdir.

Mathias Valter: "Biz sərnişinlərə rahat səfər bəxş etməyə çalışırıq. Beləliklər yerdə səyahətlə təyyarədə səyahət arasında heç bir fərq hiss edilmir."

Paris Air Shou sərgisinin təşkilatçıları deyir ki, 2020-ci ilədək sərnişin təyyarələrinin kabinələrinin çoxunda təkmilləşdirilmiş sensorlu ekranla yanaşı pilotlar başa geyilən ekranlı kaskalara sahib olacaq.

XS
SM
MD
LG