Accessibility links

Tailand hökuməti nümayişçilərin Banqkokun maliyyə mərkəzini tərk etməsini tələb edib


Qırmızı Köynəklilər kimi tanınan 20 000-dən çox adamın ikinci gündür Tailand paytaxtının əsas biznes mərkəzində çadırlar qurması nəticəsində böyük ticarət mərkəzləri bağlı qalır

Tailand hökuməti müxalif etrazçılara xəbərdarlıq edərək bildirib ki, onlar Banqkokun maliyyə mərkəzini tərk etməsələr cəzalandırılacaqlar.

Baş nazir Abhisti Veccaciva televiziya vasitəsilə müraciəti zamanı qırmızı köynəkli nümayişçiləri konstitusiyanı pozmaqda günahlandırıb.

Qırmızı Köynəklilər kimi tanınan 20 000-dən çox adamın ikinci gündür Tailand paytaxtının əsas biznes mərkəzində çadırlar qurması nəticəsində böyük ticarət mərkəzləri bağlı olaraq qalır.

55 000 qırmızı köynəkli hökumətin yeni seçkilər keçirməsinə nail olmaq məqsədilə başladıqları kampaniya çərçivəsində şənbə günündən şəhərin bu hissəsinə axışmağa başlamışdı.

Tailand hökuməti dağılışmaq tələblərinə əməl etmədikləri üçün nümayişçilərin bir ilə qədər həbs cəzası və 650 dollar cərimə ala bilməsi haqda xəbərdarlıq edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG