Accessibility links

Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin vəfatına dünyanın hər yerindən reaksiyalar bildirilir. Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün açıqladığı bəyanatında dünyanın azadlıq çempionunu itirdiyini deyib.

Avropa Birliyi Komissiyasının sədri Hose Manuel Barroso Avropada sabitlliyin artırılmasında xanım Tetçerin rolunu yüksək qiymətləndirərək, onun ölkəsinin ilk qadın baş naziri və güclü siyasətçi olduğunu, Avropa Birliyində ehtiyatlı oyunçu olduğunu deyib.

Fransanın sabiq prezidenti Valeri Giscar d-Esten xanım Tetçerin onun xatirəsində öz ölkəsini həmişə ön sırada görən bir lider kimi yaşayacağını deyib.

İsrail prezidenti Şimon Peres Marqaret Tetçerin bir lider kimi müsrəsna rol oynadığını, BMT-nin baş katibi Ban Gi Mun isə soyuq müharibə dövründə onun təhlükəsizlk yolunda böyük işlər gördüyünü deyib və onu sülh pioneri adlandırıb.
XS
SM
MD
LG