Accessibility links

1964-cü ilin fevralında Con, Pol, Corc və Rinqo Nyu-Yorkun Kennedi hava limanına gəldikdə onları çığırtıları ilə qulaq batıran 3000 yeniyetmə pərəstişkarları qarşıladı. Beatles maniyası artıq rəsmən Atlantik okeanı aşmışdı.

Beatles qrupu britaniyalı yeniyetmə Con Lennon və Pol Makkartni tərəfindən yaradıldı, daha sonra onlara Corc Harrison və Rinqo Starr da qoşuldu.

Onların ilk “Love Me Do” sinqlı Britaniyada 17-ci olur, daha sonra isə onların “Please, Please Me” sinqlı ikinci yerə yüksəldi.

Britaniyada Beatlemaniya qadınlar ilk dəfə uzun saçlı kvarteti televiziya ilə izlədikdən sonra başladı.

Beatles qlobal fenomenə çevrildi.

“Siz nə vaxtsa pərəstişkarlarınız tərəfindən fiziki hücuma məruz qalmısınız?”

Corc Harrison:

“Böyük konsertlər zamanı belə hallar olub. Amma ümumiyyətlə onlar bizimlə xoş davranır.”

Parisdə Olimpiya musiqi zalında keçirilən konsertdə onlar vərdiş etdikləri kimi isteriya ilə qarşılanmadılar. Amma məşhur dördlük bundan şikayətlənmirdi. Onların Birləşmiş Ştatlarda “Meet the Beatles” adlı debüt albomu bilbordda 1-ci oldu və düz 11 həftə bu birinciliyi qoruyub saxladı.

Corc Harrison:

“Oğlanların sayı qızların sayından çox idi və biz adət etdiyimiz qışqırıqlar üçün darıxırdıq. Amma maraqlı idi.”

“Deməli bu dəfə sizə qulaq asırdılar, eləmi?”

Corc Harrison:

“Bəli, nəhayət ki.”

Beatles-in şöhrəti artır və artıq oğlanlar hətta şirniyyat dükanına gedərkən belə pərəstişkarları tərəfindən təqib edilirdi.

Bəzən onların konsertləri etirazla qarşılanırdı.

Onlar hətta kral ailəsi ilə görüşməyə müvəffəq olub. Amma bütün bunlara baxmayaraq Beatles kvarteti sadə və yumor hissli qalmaqda davam edirdi.

Bəzi şərhçilər onların yeniyetmələrin seçimi olmasını etiraf etməkdən yayınırdı. Amma Lennon və Makkartinin mahnı bəstələməkləri onların yalnış düşündüklərini sübut edir. İlk sinqllarını buraxdıqdan 3 il sonra Beatles Britaniya imperiyasının üzvü təyin edildi.

Corc Harrison:

“Bizim ofisimiz baş nazir tərəfindən bağlama qəbul edir və bağlamanı bizim çəkilişlər apardığımız Tvikenham stadionuna göndərir. Və o günün axşamı biz bağlamaları gördük, elə bildik ki, bizi əsgərliyə çağırırlar. Bağlamaları açdıqda isə başa düşdük ki, elə deyil.”

Britaniyanın qüsurlarla dolu vergi qanununa baxmayaraq Beatles qrupunun üzvləri zənginlik astanasında idilər.

“Söhbət gəzir ki, siz bu ilin sonuna qədər milyonçu olacaqsınız.”

Corc Harrison:

“Bu, xoş xəbərdir.”

“Bu qədər pulu xərcləməyə vaxtınız olacaq?”

Corc Harrison:

“Nə pul?”

“Məgər o pullardan sizə heç nə çatmayıb?”

Corc Harrison:

“Əlbəttə yox, siz onun sürdüyü maşını görmüsüz?”

60-cı illərdə yumorist Liverpul gənclər artıq imiclərini dəyişir.

Musiqi daha ağır və mürəkkəb mövzulu olur və şərq mistikası öz təsirini göstərməyə başlayır.

Narkotik maddələrdən istifadə və yaradıcılıqda fərqlilik qrupda parçalanmanın təməlini qoyur. Nəhayət Conun müğənni və fəal Yoko Ono ilə münasibətləri Beatle-sın məhvinə gətirib çıxarır.

Con Lennon:

“Biz gülürdük. İki nəfərin bal ayında bərabər yatmaları haqda xəbərin qəzet başlıqlarına çıxması olduqca gülməlidir. Və ya Vyanada Ononun çantasına mikrafonların uzadılması, elə bil ki, çantanın müsahibə verməsini istəyirlər. Amma biz sülh barədə ciddiyik. Amsterdamda dediyimiz kimi, biz insanlara təbəssüm bəxş edə biliriksə deməli böyük iş görə bilirik.”

Beatles qrupunun taleyinə gəldikdə isə; Con və Yoko özlərini bəşəriyyəti sülhə şans verməyə inandırmağa həsr etmişdilər. Beatles qrupunun digər üzvlərinin hər biri isə fəaliyyətlərini solo müğənni kimi davam etdirməyə başladı.

Və beləliklə 1971-ci ildə Beatles rəsmi olaraq süquta uğradı.

XS
SM
MD
LG