Accessibility links

"The Birth of A Nation" - “Millətin doğuluşu” filmi [Video]


“Millətin doğuluşu” filmində 1831-ci ildə Amerikanın cənubunda qulların ədalətsizliyə və zülmə qarşı qiyamından danışılır. Olmuş hadisələr əsasında çəkilən bu film qəddarlığa münasibəti nümayiş etdirir. Rejissor Nat Parker xalqına edilən zülmə qarşı əlinə silah alaraq, mübarizə aparan qul ruhanisi Nat Tornerin həyatından bəhs edir.

Amerikanın cənubundakı qulların əzablı həyatı və əzmindən bəhs edən bir çox filmdən fərqli olaraq, “Millətin doğuluşu” filmi qulların üsyanından və intiqamından danışır.

Film Nat Tornerin radikallaşmadan tutmuş, üsyana qədər gedən yoluna həsr edilib. Ağdərili sahiblərindən yazıb-oxumağı öyrənən Nat qaradərili qulların icmasında görkəmli din xadiminə çevrilir. O, quldarları tərəfindən əzilən kölələrin qırılmış qəlbinə təsəlli verdiyi bir vaxt, ağ sahibkarlar müqəddəs İncildəki kəlamları qaradərili qullara itaət kimi qəbul etdirirdi.

Dua etmək üçün müxtəlif yerlərə gedən Torner qullara qarşı insafsızlığın həddən artıq çox olduğunu görür və artıq buna dözə bilmir. Zülmə daha çox şahid olduqca, etdiyi dualar da o qədər qəddarlaşır, aqressivləşir. O, ağır cəzalanır, onun həyat yoldaşına təcavüz edilir. Lakin Torner təslim olmur. Rejissor Nat Parker bu hekayəni təkcə rejissor və aktyor kimi deyil, həm də fəal kimi araşdırdığını deyir. “Mən bu filmi hazırlayacağımı dediyim andan bəri daxilimdən Nat Tornerin bir şəxsiyyət kimi əhəmiyyətini anlamaq və onun hekayəsini pozitiv və dürüst yolla işıqlandırmaq hissi keçib”.

Bu film kinematoqrafiya baxımdan güclü filmdir. Burada mövhumat və təcavüz halları dəqiqliklə göstərilir.

XS
SM
MD
LG