Accessibility links

Amerikanın “The Exchange” pop qrupu Bakıda konsert verəcək


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyə dəstəyi ilə 14-18 mart tarixlərində Amerikanın “The Exchange” pop qrupunun Azərbaycana ilk səfəri təşkil olunub.

"The Exchange" qrupu musiqi alətlərindən istifadə etmirlər və bütün mahnılarını akapellada oxuyurlar. 2014-cü ildə qrup ilk debüt səsyazmalarını buraxıb. Backstreet Boys qrupu ilə üç aylıq Avropa turuna çıxıb və NBC kanalında Sing-Off verilişində seçiliblər.

ABŞ Səfirliyi bu vokal qrupun çıxışını izləmək istəyən hər kəsi 18 mart, saat 20:00 Elektra Hall-da (Bayraq meydanı) keçiriləcək konsertinə dəvət edir. Konsert DJ Kənanın iştirakı ilə gecə yarısına kimi davam edəcək.

Konsert üçün biletləri şəhərin kassalarından cəmi 10 manata əldə edə bilərsiniz.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG