Accessibility links

"The Help" filmi Kinoaktyorlar Gildiyasının mükafatının qalibi oldu (audio)


"The Help" filmi Kinoaktyorlar Gildiyasının mükafatının qalibi oldu (audio)
"The Help" filmi Kinoaktyorlar Gildiyasının mükafatının qalibi oldu (audio)

1960-cı illərdə Misissippi ştatında Afrika mənşəli amerikalı qulluqçular haqda çəkilmiş “The Help” (Qulluqçu) filmi dünən keçirilən 18-ci Kinoaktyorlar Gildiyası mükafatı mərasiminin qalibi olub. Film ən yaxşı ansambl, ən yaxşı tərəf müqabili roluna görə və ən yaxşı aktrisa işinə görə mükafatlar alıb.

Ən yaxşı tərəf müqabili roluna görə Oktavia Spenser, ən yaxşı aktrisa işinə görə mükafatın qalibi Viola Deyvis olub.

Viola Deyvis

“Filmin çəkilişi elan edilərkən və bu rolu oynamağa qərarımı müdafiə edərkən öz səsimi tapmalı idim. Mən qaradərili, qul qadın kimi rəftar etməli idim. Mən heç vaxt düşünməzdim ki, bu vəziyyətə düşə bilərdim. Məni gözlənilmədən sınaq çəkilişlərinə dəvət etdilər. Elə bil ki, məni divara dirədilər, mən sakit qalmaqdan, arxa planda olmaqdan imtina edən Abilin və Minninin yaşadıqlarını hiss etməyə başladım.”

Deyvis əlavə edib ki, irqçilik və seksual diskriminasiya ləkələri təkcə qaradərili insanlar və ya qadınların deyil, hər bir insanın çiynində yükdür.

"The Help" filmi Kinoaktyorlar Gildiyasının mükafatının qalibi oldu (audio)
"The Help" filmi Kinoaktyorlar Gildiyasının mükafatının qalibi oldu (audio)

Fransız aktyor Cin Dujardin səssiz “Artist” filminə görə ən yaxşı aktyor adına layiq görülüb. “Beginners” filmində çəkilən 82 yaşlı Kristofer Plummer ən yaxşı tərəf müqabili mükafatının qalibi oldu.

FX kanalı ilə yayımlanan qorxulu janrda çəkilmiş drama serialında roluna görə ən yaxşı aktrisa mükafatının qalibi Cesika Lenq oldu.

HBO kanalı ilə yayımlanan və ansambl mükafatı almış “Boardwalk Empire” serialında çəkilən Stiv Busçemi də ən yaxşı aktyor mükafatı alıb.

HBO televiziya serialı və ya qısametrajlı serial “Mildred Pierce” filmindəki roluna görə Keyt Vinslet ən yaxşı aktrisa mükafatı və eyni kanalla yayımlanan “Too Big to Fail” filmində yaratdığı obraza görə Paul Giamatti ən yaxşı aktyor mükafatının qalibi olub.

Meri Tayler Mur Kinoaktyorlar Gildiyasının ömürlük nailiyyət mükafatı alıb. Onun 1960-cı ilin “The Dick van Dyke Show” televiziya komediya filmində tərəf müqabili olmuş Dik Van Dayk mükafatı təqdim edib. Kinoaktyor Gildiyasının mükafatı gələn ay keçiriləcək Oskar mükafatı mərasiminə müqəddimə məqsədi daşıyır.

XS
SM
MD
LG