Accessibility links

Sunami haqda film ekranlara çıxır [Video]


İmkansız filmi 8 il bundan əvvəl 230 000 insanın həyatına son qoyan Hind Okeanındakı sunamidən bəhs edir. Huan Antonio Bayona çəkdiyi filmdə qarşısında nə varsa silib-süpürən böyük dalğanı nümayiş etdirir – mübaliğəsiz və əyləncəsiz. Söhbət 2004-cü ildə, Milad bayramından bir gün sonra yüz minlərlə insanın həyatına son qoyan okean sunamisindən gedir.

Filmin əsas süjet xətti gerçək hadisəyə əsaslanaraq fəlakətin qurbanı olan bir ailə üzərində cəmləşib. Dalğalar ana Mariya ilə böyük oğlu Lukası ailənin digər üzvlərindən ayrı salır.

Ağır yaralanmasına baxmayaraq Mariya və Lukas tanımadıqları insanlar tərəfindən xilas edilir. Bu arada isə ata Henri və iki kiçik oğul ailənin itkin düşmüş üzvlərini axtarırlar. Naomi Vatsı və Evan Makqreqorun travma almış valideynlər kimi rolları vahiməli ifası - habelə Tom Hollandın yaratdığı Lukas obrazı bizi qurbanların taleyinə cəlb edir.

Bayona və onunla işləyən qrup xüsusi effektlərdən istifadə edərək fəlakəti qurbanların perspektivindən nümayiş etdirə bilib. Filmdə əsas yeri xəstəxanalardakı xaos, yaxınların bir-birlərini axtarması və ölüm səhnələri alır. Filmdə biz eləcə də, belə bir ağır zamanda insanların mərhəmətini görürük. Filmin rejissoru Huan Antonio Bayona: “Mən bunun bir təcrübə olduğuna inanıram. Mən elə bir film yaratmağa çalışdım ki, insanlar bu filmə baxdıqdan sonra düşünməyə məcbur olsunlar.”

Filmin nə qədər yaxşı çəkilsə də, yaxılarını itirmiş adamların ağrısını tam əks etdirə bilməz. Banda-Açedə sumani zamanı bacısını itirən jurnalist Muziral Həmzə 8 il bundan əvvəl baş verənləri xatırlayır. O, hələ də bacısı üçün yas saxlayır. “Fəlakət zamanı Banda-Açedə hər ailə azı bir nəfər üzvünü itirdi. Sunami bizim evi vuranda mən bacımdan ayrı düşdüm. Mən boş evə, o, isə rəfiqələri ilə başqa səmtə qaçdı. Mən yaxınklıqdakı kənddə yaşayan qohumlarımı da itirdim.”

Bir çoxları yüz minlərlə asiyalının fəlakət qurbanı olduğu halda diqqəti yalnız bir avropalı ailəyə yönəldən filmi tənqid edir. Lakin rejissor Bayonanın niyyəti bir ailədən danışarkən qaranlığa işıq salmaq, bütün qurbanların xatirəsini yad etməkdir.
XS
SM
MD
LG