Accessibility links

"Amerikanın Əfqanıstandakı ordu komandirləri böyükmiqyaslı pozuntuları hədəf alan strategiya üzərində işləyir"


Nüfuzlu The Washington Post qəzeti bu barədə məqalə dərc edib

ABŞ-ın nüfuzlu qəzetlərindən birində yazılan məqalədə deyilir ki, Amerikanın Əfqanıstandakı ordu komandirləri məhdud dərəcədə korrupsiyaya tolerant yanaşılan, ancaq böyükmiqyaslı pozuntuları hədəf alan strategiya üzərində işləyir. The Washington Post qəzetinin adının açıqlanmadığı müdafiə rəsmisinə istinadən verdiyi məlumata görə, Əfqanıstanda sabitliyə ən böyük hədə korrupsiya deyil, Taliban yaraqlılarıdır. Qəzet yazır ki, rəsmilər korrupsiyanın aradan qaldırılması üçün göstəriləcək köklü səylərin ölkədə qarışıqlıq yarada biləcəyi haqda nəticəyə gəliblər. Bu isəTalibanın idarəçilikdə boşluğun yaranmasından istifadə edə bilməsilə nəticələnə bilər.

XS
SM
MD
LG