Accessibility links

"The Wikileaks" təsisçisi: "Bizə elə çətinliklər yaradırlar ki, heç bir şey dərc edə bilməyək"


"The Wikileaks" təsisçisi: "Bizə elə çətinliklər yaradırlar ki, heç bir şey dərc edə bilməyək"

"The Wikileaks" təsisçisi: "Bizə elə çətinliklər yaradırlar ki, heç bir şey dərc edə bilməyək"

Julian Assange İordaniyanın Əmman şəhərindəki ərəb jurnalistlərlə video-bağlantı vasitəsilə danışıb

The Wikileaks vebsaytı ABŞ-ın yüz minlərlə məxfi diplomatik teleqramlarını dərc edib. Sənəddə Azərbaycan haqda da bir çox məlumatlar var.

ABŞ hökuməti məxfi sənədlərin açıqlanmasını tənqid edib. Açıqlanan sənədlərdə ABŞ-ın dünya liderləri və hadisələrini açıq şəkildə diplomatik qiymətləndirməsinin detalları, habelə dünya liderləri arasında yüksək səviyyədə müzakirələrdən sitatlar aşkar olur. The Wikileaks-in təsisçisi Julian Assange İordaniyanın Əmman şəhərindəki ərəb jurnalistlərlə video-bağlantı vasitəsilə danışıb: “ABŞ Dövlət Departamenti bizim məsuliyyətli təşkilat olduğumuzu bilir. Ona görə də, bizə elə çətinliklər yaradırlar ki, biz heç bir şey dərc edə bilməyək. Heç bir şey dərc etməmək də o deməkdir ki, bu təşkilat tərəfindən baş verən qanunsuzluqlar aşkara çıxmayacaq”.

Sənədlərə çıxış imkanı verən qəzetlər yazır ki, teleqramlar arasında Səudiyyə Ərəbistanının kralı Abdullanın ABŞ-ı dəfələrlə İrana hücum etməyə və Tehranın nüvə obyektlərini dağıtmağa, “İlanın başını kəsməyə" çağırıb.

XS
SM
MD
LG