Accessibility links

"Üçüncü şəxs" filmi [Video]


"Üçüncü şəxs" filmi
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Rejissor Pol Haggis məhəbbət, konflikt və itki kimi müxtəlif mövzuları əhatə edən filmləri ilə tanınır. 2004-cü ildə Oskar mükafatına layiq görülən “Toqquşma” filmi insanların həyatda rastlaşması və müxtəlif təsadüflər haqdadır.

Pol Haggisin “Üçüncü şəxs” filmində Pulitzer mükafatına layiq görülmüş bir yazıçıdan söhbət açılır. Parisdə başqa insanların həyatı ilə yaşayan bu yazıçı dünyanın müxtəlif yerlərində etibar, xəyanət və itkilərlə üzləşən cütlüklər barədə yazır. Skotla Tereza İtaliyada bir kafedə rastlaşırlar. Skot həyat yoldaşından uzaqlaşan və qızının ölümündə özünü günahkar sayan amerikalı biznesmendir. Tereza isə Romada oğurlanan qızını geri qaytarmağa çalışır.

Bu arada isə Nyu-York şəhərində gənc bir qadın həyatı təhlükədə olan oğlunun qəyyumluğunu almağa çalışır. Onun keçmiş əri bir də heç bir zaman oğlunu anasına göstərməyəcəyini deyir.

Görünür, problemli bir sevgi yaşayan, həyat yoldaşı ilə münasibətləri pis olan və uşağının ölümündə özünü günahkar sayan Scot obrazı əsərin müəllifi Mayklın özüdür.

“Üçüncü şəxs” filminin ssenari müəllifi və rejissoru Pol Haggis bu filmdəki faciəli hekayələrin onun öz həyatından götürüldüyünü deyir. “Bunların hamısı doğrudur, Lakin heç biri baş verməyib. Lakin mən bu hekayəyə həyatımda baş verən hadisələrdən bəzi romantik anları əlavə edib, başqalarının adı ilə vermişəm və mən bunları dəfələrlə yaşayıram.”

Başqalarının həyatı ilə yaşayan Pol Haggis tamaşaçını dilemma qarşısında qoyur. “Ssenarini yazarkən cox hallarda xatirələr səni gözlənilməz yerlərə aparır, hətta elə yerlərə ki, sən onları görmək istəmirsən.”

Rejissor “Üçüncü şəxs” filminin tamaşaçının ixtiyarına verildiyini və nəticələrin də onların özləri tərəfindən çıxarılmalı olduğunu deyir.

XS
SM
MD
LG